Gündəm

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının kollektivi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının kollektivi və rayonun ictima-siyasi fəaliyyətində fəal şəkildə iştirak edən gəncləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyini ziyarət edib.

Globalnews.az xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının kollektivi əvvəlcə Ulu öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Sonra “Şöhrət” muzeyində Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostend və eksponatlarla tanış olublar. “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları dahi şəxsiyyətin şərəfli həyat və fəaliyyətini, xalqımızın tarixində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.

Məlumat verilib ki, 2006-cı il mart ayının 27-də “Şöhrət” muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak edib. İndiyədək muzeyi 40 minə yaxın insan ziyarət edib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ulu Öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin şərəfli ömür yolunun öyrənilməsinə böyük ehtiyac var.
Sonda tədbir iştirakçılarının iştirakı ilə xatirə şəkili çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button