Sosial

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turniri davam edir

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turniri davam edir.

Globalnews.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  rayonun idarə və  müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verilmişdir.

Turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılıb. Turnirə aprel ayının 5-də ilk oyuna start verilib, may ayının ilk həftəsində final yarışları keçiriləcək. Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçirilir.

Oxşar Xəbərlər

Back to top button