Analitika

Rusiya – Azərbaycan münasibətləri : tarixi əməkdaşlığın davamı uğurla davam etdirilir

Azərbaycan çoxəsrlik tarixə malik diplomatiya ənənələrinə sədaqətini, müstəqillik dövründən etibarən bütün ölkələrə qarşı göstərdiyi münasibəti bu gün uğurla davam etdirir. Ölkə başçısı cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə iki ölkə arasında qarşılıqlı əməkdaşlığın uzun müdddət uğurla davam etdirildiyi bir daha gözə çarpdı.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur. Bu görüşün elə aprel ayına təsadüf etməsi heç də plansız deyildi. Münasibətlərin 32 illiyində əməkdaşlığın dünəni, bu günü və sabahının müzakirə edilməsi əsas mövzu idi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin istənilən sahə üçün dövlətlərarası siyasi iradəyə uyğun olaraq nizamlanması bu gün regionun daha da inkişaf etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə bu münasibətlərin təməlləri uğurla qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin layiqli diplomatiya kursunu uğurla davam etdirir.

Ölkə başçısı prezidentliyi dövründən bu münasibətləri daim diqqətdə saxlayır. Həm uğurlu strateji tərəfdaş, həm də iqtisadi partner olan Rusiyaya İlham Əliyevin ilk səfəri yetəri qədər uğurlu olmuşdu. Bu gün də bu tərəfdaşlığı inkişaf dinamikasına yeridən dövlət başçıları müharibə dönəmində bunu bir daha sübut etdi. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb. Bu da Qafqazın ən strateji ölkəsi olan Azərbaycanla dünyanın ən böyük ölkələrindən biri olan Rusiyanın tərəfdaşlıq strategiyasına müsbət tərəfdən təsir edib. Bu gün həyata keçirilən layihələr və planlar, sıx bağlantılar, görüşlər sübut edir ki, müttəfiqlik artıq öz təsirini yetəri qədər layiqli şəkildə özünü büruzə verir.

Belə ki, ötən il Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyanın müxtəlif şəhərlərində təntənəli şəkildə qeyd edilməsi, xatirəsinin anılması ikitərəfli münasibətlərdəki dəyəri və vəhdəti bir daha sübut edib. Bu gün Azərbaycanda təhsil müəssisələrində rus dilində tədris prosesinin həyata keçirilməsi və rus dilinin tədris edilməsi xalqlar arasındakı münasibətlərin bu gündə mədəni sferada davam etdirildiyini, dövlətlərarası münasibətlərə təsir edən dostluq əlaqələrinin yaxşı təməllər üzərində qurulduğunu göstərən amildir.

Görüşdə imzalanan “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” sosial, siyasi və iqtisadi inkişaf üçün dinamik təsir edəcək bir sənəd idi. Qarşılıqlı münasibətlərdə sürətli inkişafa səbəb olacaq bu sənəd regionda əməkdaşlığın artmasına gətirib çıxaracaq.

Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu diplomatik bacarıqları bir daha sübut edir ki, Azərbaycan Qafqaz regionunda hegemon ölkədir və beynəlxalq arenada öz uğurları ilə tərəfdaş ölkələri özünə cəlb edir. Bu gün Rusiya ilə beynəlxalq layihələrin həyata keçirilməsi və inkişafyönümlü perspektivlərin müzakirə edilməsi ölkəmizin iqtisadi, siyasi və sosial inkişaf üçün daha böyük uğurların təməl daşı hesab edilməlidir.

Hüseynov Əli,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button