
Hər bir xalqın tarixində onun taleyini dəyişən, gələcəyinə istiqamət verən mühüm hadisələrmövcuddur. Azərbaycan xalqı üçün 8 Noyabr – ZəfərGünü məhz belə tarixi hadisələrdən biridir. Bu günyalnız keçmişdə qazanılmış hərbi uğurun qeydolunması deyil, həm də milli kimliyimizin, vətənpərvərlik ruhumuzun və dövlətçilikənənələrimizin yaşadılması baxımından böyükəhəmiyyət daşıyır. Zəfər Günü Azərbaycan xalqının öztorpaqlarına, tarixinə və milli dəyərlərinə bağlılığınınparlaq nümunəsidir. Bu möhtəşəm tarix gələcəknəsillərə Vətəni sevməyin, qorumağın və onun uğrundamübarizə aparmağın əsl mənasını öyrədir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycangəncliyinin qəhrəmanlıq salnaməsini yaratdı. Minlərləgənc Vətənin müdafiəsinə qalxaraq öz cəsarəti, iradəsivə fədakarlığı ilə tarix yazdı. Onların arasında müxtəlifbölgələrdən, fərqli ailələrdən olan insanlar bir amaluğrunda birləşərək Azərbaycan xalqının sarsılmazbirliyini nümayiş etdirdilər. Bu gün həminqəhrəmanların həyat yolu gənclərimiz üçün örnəkdir. Vətənə xidmət etmək yalnız döyüş meydanındaqəhrəmanlıq göstərmək deyil, həm də biliklə, zəhmətlə, məsuliyyətlə və vicdanla ölkənin inkişafınatöhfə verməkdir.
Gələcək nəsillərin vətənpərvərlik ruhundayetişdirilməsi Zəfərimizin mənəvi dəyərlərininqorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclər tariximizi dərindən öyrənməli, şəhidlərimizinhəyat yolunu tanımalı, qazilərimizin qəhrəmanlığındannümunə götürməlidirlər. Təhsil müəssisələrində, ailələrdə və ictimai mühitdə milli dəyərlərin təbliği, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi mühümvəzifələrdəndir. Azərbaycan gəncliyi qazandığımıztarixi qələbənin məsuliyyətini dərk etməli, müasir bilikvə bacarıqları ilə ölkəmizin gələcək uğurlarına xidmətetməlidir. Çünki güclü dövlətin təməlində savadlı, məsuliyyətli və vətənpərvər vətəndaş dayanır.
8 Noyabr – Zəfər Günü bizə həm keçmişimizixatırladır, həm də gələcəyimiz qarşısındaməsuliyyətimizi müəyyənləşdirir. Şəhidlərimizin bizəəmanət qoyduğu müstəqil, suveren və ərazi bütövlüyütəmin edilmiş Azərbaycanı daha da inkişaf etdirməkhər birimizin müqəddəs borcudur. Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlərə doğruinamla irəliləyir, azad Qarabağda həyat yenidənqurulur, milli qürurumuz daha da möhkəmlənir. BuZəfər tarixini gələcək nəsillərə çatdırmaq, onun mənəvidəyərlərini yaşatmaq və dövlətimizə sədaqətlə xidmətetmək hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Zəfərimiz əbədi, Azərbaycanımız daim qüdrətli olsun!
Kənan Məmmədli,
YAP Xəzər rayon təşkilatının fəalı



