
Zəfər Günü Azərbaycan xalqının tarixində böyüksevinc və sonsuz qürurla yanaşı, dərin ehtiram vəminnətdarlıq hissləri ilə anılan müqəddəs bir gündür. 8 Noyabr tarixinin arxasında bütöv bir xalqın illərlədaşıdığı Vətən həsrəti, torpaq nisgili və azadlıq arzusudayanır. Bu tarixə gedən yol asan olmayıb. Azərbaycanxalqı öz torpaqlarının azadlığı uğrunda uzun illərmübarizə aparıb, ağır sınaqlardan keçib. Nəhayət, 2020-ci ilin payızında başlayan Vətən müharibəsixalqımızın birliyini və ordumuzun qüdrətini nümayişetdirərək tarixi qələbə ilə nəticələnib.
Bu qələbənin ən böyük qəhrəmanları Vətən uğrundacanından keçən şəhidlərimizdir. Onlar öz həyatlarınıxalqımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü vəgələcək nəsillərin firavan həyatı naminə fəda etdilər. Hər bir şəhidin həyat hekayəsi Vətənə sevginin, igidliyin və fədakarlığın canlı nümunəsidir. Onlarınailələrinin göstərdiyi səbir və dözüm, analarınqəlbindəki sonsuz ağrı, qazilərimizin keçdiyi çətinmübarizə xalqımızın qəhrəmanlıq salnaməsininayrılmaz hissəsidir. Şəhidlərimizin əziz xatirəsiniyaşatmaq, onların əmanəti olan Vətəni qorumaq hərbirimizin mənəvi borcudur.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunungücünü, əsgər və zabitlərimizin yüksək döyüşhazırlığını, xalqımızın isə sarsılmaz həmrəyliyini bütündünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbiəməliyyatlar nəticəsində torpaqlarımız bir-birininardınca işğaldan azad edildi. Döyüş meydanındagöstərilən qəhrəmanlıq diplomatik müstəvidə dəölkəmizin mövqelərini gücləndirdi. Azərbaycan xalqıbir yumruq kimi birləşərək öz haqq səsini dünyayaçatdırdı və tarixi ədalətin bərpasına nail oldu.
Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuqişləri şəhidlərimizin arzularının gerçəkləşməsinin əngözəl ifadəsidir. Yenidən tikilən evlər, bərpa olunanməktəblər, salınan yollar, abadlaşan şəhər və kəndlərQarabağın gələcəyinə olan inamımızı daha da artırır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyərək onlarınbizə əmanət qoyduğu Vətənə sahib çıxmalı, dövlətimizin qüdrətinin möhkəmlənməsi üçünçalışmalıyıq. Zəfər Günü xalqımızın yaddaşında əbədiyaşayacaq, qəhrəmanlarımızın adları isə tariximizin ənşərəfli səhifələrində daim anılacaq.
Rəşad Həsənov,
YAP Xəzər rayon təşkilatının fəalı



