Dünya

Ukrayna Prezident Ofisi: “Dayanmağı planlaşdırmırıq”

“Biz dayanmağı planlaşdırmırıq. Ukraynanın bütün ərazilərini işğaldan azad etmək üçün mübarizəmizi davam etdirəcəyik”.

www.aktualinfo.az/icxeberinfo “Report”a istinadən xəbər verir ki, bunu Ofisin rəhbəri Andrey Yermak Avropa Parlamentinin deputatları ilə görüşündə deyib.

O, həmçinin bildirib ki, Ukraynanın kritik infrastuktur obyektləri raket və dronlarla kütləvi atəşə tutulur.

Yermak deyib ki, Ukrayna Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyasının tövsiyələrini bu ilin sonuna kimi həyata keçirməyi qarşısına məqsəd qoyub:

“Biz vaxt itirməməyə çalışırıq”.

Yermak dəstəyə görə Avropa Parlamentinin deputatlarına təşəkkür edib.

Oxşar Xəbərlər

Back to top button