Nazirdən Söyüdlü sakinləri ilə görüşdə sianid – Açıqlaması
“Biz getdik gölə baxdıq. Özümüzlə həm hava, həm su, həm də torpaq nümunələrinin öyrənilməsi üçün xüsusi maşın da gətirmişik. Bizim xüsusi cihazlarla hava keyfiyyətini yoxladıq, qorxuducu amillər yoxdur”.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdə deyib.
“Texniki qazların parametrləri norma çərçivəsindədir. Əsas sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Ona görə xahiş edirəm ki, bunu rahat qəbul edin və bu, sizi həyəcanlandırmasın”.
Nazir əlavə edib ki, ərazidə maarifləndirmə məsələsi çox aşağı səviyyədə olub. O qeyd edib ki, istehlakçılar bölgədə yaşayan əhali ilə sıx əlaqədə olmalı idi.