
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi, Azad Qaraqoyunlu və Tərtər Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə həsr olunmuş görüşlər keçirilib.
Görüşlərdə ilk olaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan hədəflər ölkənin inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eldar Əsədov vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün təşkilati işlərin gücləndirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və cəmiyyətin inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi vacibdir. O, həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, partiya üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsinin və ictimaiyyətlə müntəzəm əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hər bir partiya üzvü üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirməlidir.
Görüşlər zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, qarşıdakı dövrdə partiya təşkilatlarının fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, partiyanın ictimai-siyasi fəaliyyətinin daha da gücləndirilməsi, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsi və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Sonda qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələrin uğurla icrası ardıcıl fəaliyyət, təşəbbüskarlıq və yüksək məsuliyyət tələb edir. Bu istiqamətdə görülən işlər partiyanın fəaliyyətinin daha da gücləndirilməsinə, qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına və ölkəmizin davamlı inkişafına töhfə verməyə xidmət edir.




