Laçın: Tarixi Yaddaş və Sabahın Müasir Şəhəri

26 avqust tarixi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Laçın şəhərinin işğaldan azad edilməsi milli qürurun bərpası deməkdir. Rayonun ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli abidə işğal dövründə vandalizmə məruz qalsa da, bu gün onların bərpası istiqamətində işlər aparılır.
Laçının turizm potensialı da xüsusi diqqət çəkir. Zerti kəndində açılan “Laçın” İstirahət Kompleksi və planlaşdırılan kanat yolu şəhəri turizm mərkəzinə çevirir. Həkəri çayında yaradılan göl və bulvar ərazisi sakinlərin istirahətini təmin edir.
Şəhərin memarlıq siması qədimliklə müasirliyi birləşdirir. Tikilən yeni yaşayış məhəllələri, çoxmənzilli binalar və fərdi evlər ən yüksək tələblərə cavab verir.
Böyük Qayıdış proqramı çərçivəsində minlərlə vətəndaşımızın doğma evlərinə qayıdışı böyük bayram ab-havası ilə qarşılanır. Dövlət tərəfindən yaradılan şərait hər bir sakinin rahat yaşamasına imkan yaradır.
Laçın bu gün Azərbaycanın gücünün, iqtisadi inkişafının və sarsılmaz iradəsinin əyani sübutudur. Azad olunmuş bu torpaqlarda həyat əbədi olaraq yenidən parlamaqdadır.
Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri



