
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. İ.İbrahimov bildirib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Partiyamızın əsas ideoloji bünövrəsi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik prinsipləri üzərində qurulduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib.
Çıxış edən YAP fəalları VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər.












