AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın Şəhəri Günü: Suverenlik və Dayanıqlı İnkişaf

Hər il avqustun 26-sı qeyd olunan Laçın Şəhəri Günü xalqımızın qürur mənbəyinə çevrilmişdir. 1992-ci ilin mayında strateji əhəmiyyətli Laçının itirilməsi ölkəmiz üçün ağır sınaq idi. Lakin 2020-ci ilin dekabrında rayonun, 2022-ci ildə isə şəhərin azad edilməsi bu tarixi acını zəfərlə əvəzlədi.

Laçının bərpası ölkənin “yaşıl enerji” strategiyası ilə birbaşa əlaqəlidir. Rayonda tikilən və istismara verilən su elektrik stansiyaları, o cümlədən Ağbulaq, Mişni, Alxaslı və digər SES-lər tam ekoloji təmiz enerji istehsal edir. 2026-cı ildə açılan yeni stansiyalarla birlikdə rayonun enerji təminatı tam təmin olunub.

Nəqliyyat infrastrukturu baxımından Kəlbəcər-Laçın avtomobil yolu və dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı regionun coğrafi üstünlüklərini artırıb. Bu layihələr sayəsində Laçın qısa zamanda logistik mərkəzə çevrilməkdədir.

Sosial layihələr çərçivəsində tikilən müasir məktəblər, o cümlədən 2 nömrəli məktəb və kənd məktəbləri gəmi nəslin təhsilinə verilən önəmi göstərir. Məlumat üçün bildirək ki, minlərlə sakinin doğma ocaqlarına qayıtması artıq gerçəkliyə çevrilib.

Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması onun beynəlxalq nüfizunun bariz sübutudur. Bu torpaqlar artıq sülhün, əməkdaşlığın və tərəqqinin simvolu kimi yaşayır.

Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button