AnalitikaGündəmSiyasət

Vətən sevgisi ilə yazılan qəhrəmanlıq dastanı

Vətən sevgisi insanın qəlbində daşıdığı ən ülvi vəmüqəddəs duyğulardan biridir. Bu sevgi bəzən birömrün mənasına, bəzən isə bütöv bir xalqın taleyinidəyişən böyük mübarizəyə çevrilir. Azərbaycanxalqının 2020-ci ildə qazandığı tarixi Zəfər də məhzbelə bir sevginin, fədakarlığın və sarsılmaz iradəninnəticəsi idi. 8 Noyabr – Zəfər Günü xalqımızın Vətənuğrunda mübarizəsinin, torpağa bağlılığının və milliqürurunun əbədi simvoludur. Bu tarix Azərbaycantarixində qəhrəmanlıq və şərəf salnaməsi kimiyaşayacaq.

Vətən müharibəsində döyüşən hər bir Azərbaycanəsgəri öz üzərinə düşən məsuliyyəti böyük şərəf hissiilə yerinə yetirdi. Onlar ailələrini, doğmalarını və rahathəyatlarını arxada qoyaraq Vətənin müdafiəsinəqalxdılar. Döyüş meydanında göstərilən cəsarət, çətinliklər qarşısında nümayiş etdirilən dözüm vəqələbəyə olan sarsılmaz inam ordumuzun mənəvigücünü ortaya qoydu. Hər bir igid əsgərin arxasındaonu böyüdən ana, ona Vətən sevgisi aşılayan ailə vəonunla eyni arzunu bölüşən bütöv bir xalq dayanırdı. Bu mübarizə Azərbaycan xalqının qəhrəmanlıqruhunun heç vaxt sönmədiyini bir daha sübut etdi.

Müharibənin gedişində Azərbaycan Ordusunun əldəetdiyi uğurlar, xüsusilə Şuşanın azad olunmasıxalqımızın qələbə əzmini zirvəyə çatdırdı. Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğalaltındakı torpaqlarımız azad edildi. Bu qələbə yalnızdöyüş meydanında qazanılan üstünlük deyil, həm dəxalqımızın tarixi yaddaşına, milli ləyaqətinə vədövlətçilik ənənələrinə sahib çıxmasının təzahürü idi. Azərbaycan əsgərinin qəhrəmanlığı bütün dünyayagöstərdi ki, Vətən uğrunda mübarizə aparan xalqıniradəsini heç bir qüvvə sındıra bilməz.

Bu gün qəhrəmanlarımızın yazdığı dastan məktəblərdə, ailələrdə, ictimai tədbirlərdə və gənclərinvətənpərvərlik tərbiyəsində yaşadılmalıdır. Gənc nəsilbilməlidir ki, bu gün sahib olduğumuz azadlıq vəəmin-amanlıq böyük fədakarlıqların nəticəsidir. Şəhidlərimizin adlarını yaşatmaq, qazilərimizə ehtiramgöstərmək, dövlətimizin inkişafına xidmət etmək hərbir vətəndaşın mənəvi borcudur. Zəfər Günüxalqımızın yaddaşında yalnız bir tarixi hadisə kimideyil, Vətənə sevginin, sədaqətin və qəhrəmanlığınəbədi təcəssümü kimi qalacaq.

Tural Rzayev,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button