GündəmSosial

Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və M.Qasımov küçəsi 1 B üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin lektoriyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Globalnews.az xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ərazi partiya təşkilatının sədri, “Kliniki Tibbi Mərkəz” PHŞ-nin baş həkimi Hüseyn Məsimov, Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Nuru Əhmədov, “Kliniki Tibbi Mərkəz” PHŞ-nin publik hüquqi şəxsi Məhəbbət İbrahimova və digər partiya üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir başlayıb.

Tədbiri giriş sözü ilə açan “Kliniki Tibbi Mərkəz” PHŞ-nin baş həkimi Hüseyn Məsimov öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır və bu istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. Heydər Əliyev o illərdə Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdi ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında, ictimai-siyasi hadisələrdə müstəsna rol oynayaraq, Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətti, inkişaf strategiyasını reallaşdırıb. Ulu Öndərin yaradıcısı olduğu YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib.

Daha sonra çıxış edən natiqlər öz nitqlərində Ümummilli Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamasından, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi və müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün geniş imkanlar yaranmasından söz açmışlar.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button