GündəmSosial

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

Bakı şəhəri Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 10 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir.

Globalnews.az xəbər verir ki, bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Mir Cəlal küçəsi boyunca park və yaşıllıq zolağında 2000-dən artıq dekorativ gül kolları və çiçəklər, 450-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Oxşar Xəbərlər

Back to top button