
Hər bir şəhərin gələcəyi onun gənclərinin arzularında, düşüncələrində və qurub-yaratmaq əzmində yaşayır. Zəngilan da bu gün yeni həyatın, müasir inkişafın vəgələcəyə inamın ünvanına çevrilir. 20 Oktyabr – Zəngilan şəhəri günü təkcəkeçmişin xatırlanması deyil, həm də gələcək nəsillərin qarşısında açılan imkanlarındərk olunması baxımından əlamətdardır. Azad torpaqlarda böyüyəcək uşaqlar vəgənclər öz doğma yurdlarının tarixini öyrənəcək, qəhrəmanlıq salnaməsinimənimsəyəcək və Azərbaycanın inkişafına töhfə vermək üçün yeni biliklərqazanacaqlar. Zəngilanın sabahı məhz belə savadlı, vətənpərvər və məsuliyyətlinəslin yetişməsi ilə daha da parlaq olacaq.
Uzun illər yurd həsrəti ilə yaşayan insanların arzusu yalnız doğma evlərinəqayıtmaqdan ibarət deyildi. Onlar övladlarının təhlükəsiz və firavan şəraitdəböyüməsini, yaxşı təhsil almasını, gələcəkdə öz bilik və bacarıqları ilə cəmiyyətəfayda verməsini istəyirdilər. Bu gün Zəngilanda yaradılan yeni yaşayış mühitihəmin arzuların gerçəkləşməsi üçün imkanlar açır. Müasir təhsil müəssisələri, sosial infrastruktur, rəqəmsal texnologiyalar və iqtisadi inkişaf perspektivlərigənclərin öz potensialını reallaşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Doğma torpaqda qurulan hər bir məktəb, yaradılan hər bir yeni iş yeri və inkişafetdirilən hər bir sahə gələcəyə qoyulan sərmayədir.
Gənclərin Zəngilanın inkişafında iştirakı yalnız iqtisadi fəaliyyətləməhdudlaşmamalıdır. Onlar həm də milli-mənəvi dəyərlərin qorunmasında, tarixiyaddaşın yaşadılmasında və ekoloji məsuliyyətin formalaşmasında mühüm roloynayırlar. Doğma torpaqların tarixini öyrənmək, mədəni irsi qorumaq, təbiətəqayğı göstərmək və ictimai həyatda fəal iştirak etmək gənc nəslin əsasvəzifələrindəndir. Zəngilanın müasir inkişafı milli kimliyin qorunması iləuzlaşdıqda daha dəyərli nəticələr meydana çıxaracaq. Vətən sevgisi yalnız sözlədeyil, bilik, zəhmət, məsuliyyət və yaradıcı fəaliyyətlə nümayiş etdirilməlidir.
20 Oktyabr – Zəngilan şəhəri günü gənclərə bir həqiqəti xatırladır: azad torpaqlarıngələcəyini qurmaq hər birimizin ortaq məsuliyyətidir. Bu torpaqlarda yetişəcəkyeni nəsil Azərbaycanın gücünü, elmini, mədəniyyətini və inkişafını gələcəyədaşıyacaq. Zəngilanın küçələrində uşaqların gülüşü, məktəblərində bilik uğrundamübarizə, meydanlarında həyatın səsi daim eşidilsin. Qoy gənclər bu qədimdiyarın adını yeni uğurlarla ucaltsın, öz zəhmətləri ilə doğma torpaqlarıntərəqqisinə töhfə versinlər. Zəngilanın sabahı Vətəninə bağlı, biliyə açıq vəgələcəyə inamla baxan gənclərin əllərində daha da gözəlləşəcək.
Lalə Cəfərova,
YAP Xəzər rayon təşkilatının fəalı



