GündəmSiyasət

YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında iclasları davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti iclas Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin çıxışında irəli sürülən çağırışların və müəyyənləşdirilən strateji hədəflərin yerli partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas götürülməsinin, əhali ilə işin daha da gücləndirilməsinin və partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıb.

E.Əsədov dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və əldə olunan tarixi nailiyyətlərin ictimaiyyətə düzgün və operativ şəkildə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin zəruriliyini diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, dövlətçilik prinsiplərinin təbliği və Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının qarşısında duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının zəruriliyi bir daha vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button