GündəmSosial

YAP Hacıqabul rayon təşkilatının Şorbaçı kənd ərazi partiya təşkilatında VIII Qurultayın çağırışları əsasında görüləcək işlərlə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilatlarında Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin, müəyyənləşdirdiyi strateji hədəflərin və partiyanın gələcək fəaliyyətinə dair prioritetlərin müzakirəsi davam edir. Keçirilən görüşlərdə qurultayın qarşıya qoyduğu vəzifələrin mahiyyəti izah olunur, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və partiya üzvlərinin fəallığının artırılması istiqamətində görüləcək işlər diqqətə çatdırılır.

Oktyabrın 30-da “Şorbaçı kənd” ərazi partiya təşkilatında görüş keçirilib. Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, partiya veteran, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Şorbaçı, 1-ci Udullu və 2-ci Udullu kənd ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov cənab Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi prioritetlərin partiyanın fəaliyyətinin təşkilində mühüm istiqamətverici rol oynadığını bildirib. O vurğulayıb ki, dəyişən ictimai-siyasi şəraitdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün partiya üzvləri öz fəaliyyətlərini dövlətin inkişaf məqsədləri ilə uzlaşdırmalı, təşəbbüskarlıq göstərməli və təşkilati işlərdə məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
İ.İbrahimov diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının gücü onun cəmiyyətlə sıx əlaqələrində, ümummilli maraqlara əsaslanan fəaliyyətində və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına yönəlmiş ardıcıl işində özünü göstərir. Bu baxımdan ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələr xüsusi əhəmiyyət kəsb edir. Yerli səviyyədə əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların müraciət və təkliflərinin öyrənilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi partiyanın fəaliyyətinin daha səmərəli qurulmasına imkan yaradır.
Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri, partiya veteran Sahib Aslanov çıxış edərək qurultayda səsləndirilən çağırışların partiya üzvləri arasında geniş şəkildə izah edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, siyasi maarifləndirmənin gücləndirilməsi, üzvlərin bilik və bacarıqlarının artırılması, eləcə də ictimai-siyasi proseslərdə fəal iştiraklarının təşviqi təşkilati işin əsas istiqamətləri sırasında yer almalıdır. Onun sözlərinə görə, hər bir partiya üzvünün üzərinə düşən vəzifələri düzgün anlaması və onların icrasında fəallıq göstərməsi ümumi məqsədlərə nail olunmasına müsbət təsir edir.
Görüşün sonunda VIII Qurultayda müəyyənləşdirilən strateji istiqamətlərin təşviqi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi bildirilib.

Oxşar Xəbərlər

Back to top button