Gündəm

Qubadlı – Zəfərin və yenidən doğuluşun ünvanı

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 25 Oktyabr – Qubadlı şəhərigünü xalqımızın yaddaşında əbədi yaşayacaq qürur dolu bir tarixdir. Bu güntorpaqlarımızın azadlığı uğrunda mübarizədə göstərilən qəhrəmanlığın, milli birliyin vədövlətimizin sarsılmaz iradəsinin təcəssümüdür. Qubadlının azad olunması yalnız birşəhərin düşmən işğalından xilas edilməsi deyil, həm də Azərbaycanın tarixi ədalətibərpa etmək əzminin təntənəsi idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Qubadlıyaöz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər Qubadlızəfərinin hərbi və mənəvi əhəmiyyətini aydın şəkildə ifadə edir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi Vətən müharibəsiningedişində mühüm dönüş nöqtələrindən biri oldu. Bu qələbə xalqımızın azadlıqiradəsinin, əsgər və zabitlərimizin fədakarlığının parlaq nəticəsi idi.

Qubadlı rayonu işğaldan əvvəl Azərbaycanın aqrar potensialı ilə seçilənbölgələrindən biri idi. Burada taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq vəheyvandarlıq geniş yayılmışdı. Rayonun münbit torpaqları, zəngin təbiəti və zəhmətkeşinsanları onun iqtisadi həyatının əsasını təşkil edirdi. Lakin uzun illər davam edən işğalnəticəsində bu inkişaf dayandı, yaşayış məntəqələri dağıntılara məruz qaldı, insanlardoğma yurdlarından didərgin düşdülər. Qubadlı sakinlərinin qəlbində doğma torpağaqayıtmaq ümidi isə heç vaxt sönmədi.

Vətən müharibəsi Azərbaycan xalqının birliyini və ordumuzun gücünü bütündünyaya nümayiş etdirdi. Qubadlının azad edilməsi döyüş meydanında əldə olunanmühüm nailiyyət olmaqla yanaşı, düşmənin müdafiə mövqelərinə ciddi zərbə vurdu vəqələbəmizə aparan yolu daha da yaxınlaşdırdı. Azərbaycan əsgərinin hər addımındaVətən sevgisi, şəhidlərimizin qanı ilə yazılan qəhrəmanlıq tarixi və xalqımızın azadlıqarzusu dayanırdı. Qubadlı uğrunda mübarizə də bu müqəddəs amalın parlaq nümunəsioldu.

Tarixi Qələbənin əbədiləşdirilməsi dövlətimizin həyata keçirdiyi mühüm işlərdənbiridir. İşğaldan azad edilən ərazilərdə Zəfər tariximizin yaşadılması, şəhidlərimizinxatirəsinin uca tutulması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusiəhəmiyyət daşıyır. 25 Oktyabr – Qubadlı şəhəri günü də xalqımızın yaddaşında yalnızhərbi qələbə kimi deyil, həm də doğma torpaqlara qayıdışın, milli qürurun və gələcəyəinamın rəmzi kimi yaşayır.

Bu gün Qubadlıda həyatın yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması doğma yurdlarına qayıtmaqarzusunda olan sakinlər üçün yeni ümidlər yaradır. Yaşayış evlərinin, sosial obyektlərinvə zəruri infrastrukturun bərpası bölgənin gələcək inkişafına xidmət edir. Məqsəd yalnızdağıdılmış əraziləri yenidən qurmaq deyil, həm də insanların rahat, təhlükəsiz və firavanhəyatını təmin etməkdir.

Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri və burada həyatakeçirilən layihələrlə yaxından tanış olması Qubadlının inkişafına göstərilən diqqətinmühüm göstəricisidir. Dövlət başçısının 19 oktyabr 2022-ci il tarixində Qubadlıya səfərizamanı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olması, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetməMərkəzinin təməlqoyma mərasimində iştirakı bölgənin infrastrukturununmöhkəmləndirilməsi baxımından əhəmiyyətli addımlar idi. Bu layihələr su təminatınınyaxşılaşdırılması, enerji infrastrukturunun inkişafı və ərazidə davamlı məskunlaşmanıntəmin olunması üçün mühüm zəmin yaradır.

Qubadlının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatakeçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin tərkib hissəsidir. Vaxtilədağıntılara məruz qalmış torpaqlarda yeni yolların çəkilməsi, infrastrukturunyaradılması, kəndlərin və şəhərlərin yenidən qurulması Böyük Qayıdışın uğurla həyatakeçirildiyini göstərir. Doğma torpaqlara qayıdan hər bir ailə, yenidən qurulan hər bir evvə açılan hər bir yol Qubadlının gələcəyinə olan inamı daha da artırır.

25 Oktyabr – Qubadlı şəhəri günü bizi həm keçmişimizin qəhrəmanlıq səhifələrinixatırlamağa, həm də bu gün əldə olunan nailiyyətləri qiymətləndirməyə çağırır. Qubadlıuğrunda döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daimyaşayacaq, qazilərimizin şücaəti isə gələcək nəsillər üçün örnək olacaqdır. Butorpaqların azadlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin və millibirliyin təntənəsidir.

Bu gün Qubadlı öz sahiblərinə qovuşmuş, gələcəyə doğru inamla addımlayan biryurddur. Onun yenidən qurulan küçələri, bərpa olunan kəndləri və doğma torpaqlarınaqayıdan insanları Azərbaycanın Zəfər salnaməsinin davamıdır. Qubadlı yalnız xəritədəbir şəhər deyil, həm də xalqımızın əyilməz iradəsinin, torpaq sevgisinin və sarsılmazdövlətçiliyinin rəmzidir.

Qubadlı azaddır, Qubadlı dirçəlir və Qubadlı öz parlaq gələcəyinə doğru inamlairəliləyir!

 

Xanım İsmayıl,
YAP fəalı, Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi

 

Oxşar Xəbərlər

Back to top button