Gündəm

Azərbaycan xalqının unudulmaz tarixi – 25 oktyabr Qubadlı şəhəri günü

Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunmasıböyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətlivə strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarıştorpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi iləqarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canınıfəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunmasıtariximizin ən acı səhifələrindən biri idi: “Qubadlı erməni işğalında olduğu zaman digərərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayonərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.

2020-ci il 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüşnöqtəsi olub. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdəermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələriyerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünkidüşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlınınişğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz stratejiəhəmiyyətli uğur qazandı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücuməməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilətanınır. Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonunXanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Sözsüz ki, Qubadlı üçün ənəlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayondaşanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühümhərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır.

Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiştorpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sözsüz ki, tarixi Qələbə günlərininəbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamıilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncamaəsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı buunudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrikedirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmişşəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

 

Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi

Oxşar Xəbərlər

Back to top button