GündəmSiyasət

Tərtər rayonunda YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Evoğlu kənd ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışından irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev VIII Qurultayın partiyanın gələcək fəaliyyəti qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin və müəyyən etdiyi prioritetlərin partiyanın fəaliyyət istiqamətlərinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb.

Digər çıxış edənlər isə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında iştirakı, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr və qarşıda duran əsas hədəflər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, xalqla iqtidar arasında mövcud olan birlik və qarşılıqlı etimad qurultayda müəyyənləşdirilən vəzifələrin icrası üçün mühüm əsasdır.

Sonda partiya üzvlərinin qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında fəallığının artırılması, yerli təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi və qurultay qərarlarından irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

Back to top button