Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir keçirilir.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbirdə 30-dək sabiq dövlət və hökumət başçısı iştirak edir.
Tədbir çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək beynəlxalq tədbirin iclasları Şuşada və Gəncə şəhərində baş tutacaq.