
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təlim mühitinin tənzimlənməsi, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vahid məktəbli forması şagirdlərin geyimləri ilə bağlı sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını alır, onların diqqətinin tədris prosesinə və şəxsi inkişafa yönəlməsinə şərait yaradır.məktəbli geyiminə dair vahid tələblər yalnız zahiri görünüşün tənzimlənməsi deyil, həm də məktəbdə sağlam təlim-tərbiyə mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Vahid məktəbli forması şagirdlər arasında geyimlə bağlı müqayisələri və sosial fərqlərin qabardılmasını azaltmaqla yanaşı, məktəb mühitində psixoloji gərginliyin və təbəqələşmənin qarşısının alınmasına kömək edir. Səliqəli və məktəbin müəyyən etdiyi tələblərə uyğun geyim şagirdlərin təlim prosesində daha intizamlı iştirakını dəstəkləyir.
Geyim qaydalarının tətbiqi şagirdlərin təhsildən uzaqlaşmasına deyil, əksinə, onların məktəb mühitinə inteqrasiyasına xidmət etməlidir. Buna görə də qaydalara əməl olunmadığı hallarda sərt və cəza yönümlü tədbirlərdən daha çox maarifləndirici üsullara üstünlük verilməlidir.Məktəbdə geyim mədəniyyətinin formalaşdırılması müəllimlərin öz görünüşünə və peşəkar davranışına münasibəti ilə də sıx bağlıdır: “Müəllim şagirdlər üçün nümunə olduğundan onun səliqəli və işgüzar geyim tərzi peşəsinə hörmətini, məsuliyyətini və pedaqoji etikasını əks etdirir. Eyni zamanda, bu yanaşma məktəb kollektivində həmrəylik, bərabərlik və ümumi geyim mədəniyyətinin formalaşmasına töhfə verir.Məktəblərdə geyim qaydalarının tətbiqində məsuliyyət bölgüsünün və nəzarət mexanizmlərinin düzgün qurulması da vacib amillərdəndir.Vahid geyim qaydalarının səmərəli tətbiqi yalnız nəzarət və tələbkarlıqla məhdudlaşmamalı, maarifləndirmə, valideynlərlə əməkdaşlıq və pedaqoji dəstəklə müşayiət olunmalıdır. Bu yanaşma məktəbdə intizamın möhkəmlənməsinə, şagirdlərdə məsuliyyət və estetik zövqün formalaşmasına, eləcə də sağlam təlim-tərbiyə mühitinin qorunmasına imkan yaradır.
Şəhla İsmayılova ,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri



