
Bəşəriyyətin gələcəyi dövlətlərin və xalqların bir-birinə münasibətindən, ortaqproblemlərin həlli üçün hansı yolları seçməsindən və əməkdaşlığa nə dərəcədəhazır olmasından asılıdır. İqlim dəyişiklikləri, humanitar problemlər, regionalmünaqişələr, sosial bərabərsizlik və mədəniyyətlər arasında anlaşılmazlıqlar dünyaictimaiyyətinin birgə fəaliyyətini zəruri edir. Prezident İlham Əliyevin 2026-cı iloktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası DialoqForumundakı çıxışı bu məsələlərin müzakirəsi və beynəlxalq əməkdaşlığınəhəmiyyətinin vurğulanması baxımından mühüm hadisədir. “Ortaq gələcək naminədialoq” mövzusu müxtəlif xalqların ümumi məqsədlər ətrafında birləşməsininvacibliyini ifadə edir.
Dünya ölkələrinin qarşılaşdığı problemlərin bir çoxu yalnız bir dövlətin səyləri iləhəll edilə bilməz. Bu səbəbdən beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təcrübəmübadiləsinin gücləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi xüsusiəhəmiyyət daşıyır. Dövlətlər arasında dialoq yalnız mövcud fikir ayrılıqlarınınmüzakirəsinə deyil, həm də gələcək üçün ortaq strategiyalarınmüəyyənləşdirilməsinə imkan yaradır. Qarşılıqlı hörmət və bərabərhüquqluəməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər beynəlxalq sabitliyinqorunmasına, iqtisadi əlaqələrin inkişafına və xalqlar arasında etimadın artmasınakömək edir.
Azərbaycan beynəlxalq əməkdaşlıq təşəbbüslərində iştirak etməklə, mədəniyyətlərarası dialoqu dəstəkləməklə və müxtəlif ölkələrin nümayəndələrinibir araya gətirən tədbirlərə ev sahibliyi etməklə ortaq gələcəyin qurulmasına öztöhfəsini verir. Ölkəmizin tarixi təcrübəsi göstərir ki, milli dəyərlərə sadiqlik vədigər mədəniyyətlərə hörmət bir-birini tamamlayan prinsiplərdir. Azərbaycanınzəngin multikultural mühiti, coğrafi mövqeyi və beynəlxalq əlaqələrimədəniyyətlər arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin forumdakı çıxışı ölkəmizin bu sahədəki mövqeyinin vəbeynəlxalq dialoqa verdiyi önəmin ifadəsi kimi diqqət çəkir.
Ortaq gələcək naminə dialoqun inkişafı hər bir insanın məsuliyyətli davranışından, cəmiyyətlərin qarşılıqlı hörmətə əsaslanan münasibətlərindən və dövlətlərinəməkdaşlığa hazır olmasından başlayır. Sülhün qorunması, mədəni irsinyaşadılması, gənclərin maarifləndirilməsi və humanitar əlaqələringenişləndirilməsi bu məqsədə çatmaq üçün mühüm istiqamətlərdir. Azərbaycanbeynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslərlə xalqlar arasında anlaşmanınmöhkəmlənməsinə və daha təhlükəsiz gələcəyin qurulmasına dəstək verir. Bakıdandünyaya yayılan dialoq mesajı bir həqiqəti xatırladır: fərqli mədəniyyətlərə vədüşüncələrə malik insanlar ortaq məqsədlər naminə birləşdikdə gələcək daha sabit, daha ədalətli və daha ümidverici ola bilər.
Ələkbər Tağıyev,
YAP Xəzər rayon təşkilatının fəalı



