AnalitikaGündəmSiyasət

Bakı prosesi mədəniyyətlər arasında möhkəm körpülər yaradır

Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz yalnız siyasi və iqtisadiəlaqələrlə deyil, həm də mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrləmüəyyənləşir. 2008-ci ildə əsası qoyulan Bakı prosesi müxtəlif mədəniyyətlər vəsivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edənmühüm beynəlxalq təşəbbüsdür. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı bu sahədəbeynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarıb. Müxtəlifölkələrin nümayəndələrini bir araya gətirən forum xalqlar arasında münasibətlərininkişafı və ümumi problemlərin müzakirəsi üçün əhəmiyyətli imkan yaradıb.

Bakı prosesinin əsas məqsədi müxtəlif mədəniyyətlərə mənsub insanlar arasındadialoqu genişləndirmək, qarşılıqlı etimadı gücləndirmək və mədəni fərqliliklərinanlaşılmazlıq səbəbinə çevrilməsinin qarşısını almaqdır. Bu təşəbbüs çərçivəsindətəşkil olunan beynəlxalq tədbirlər dövlət nümayəndələrinin, alimlərin, mədəniyyətxadimlərinin və beynəlxalq təşkilatların təmsilçilərinin fikir mübadiləsinə şəraityaradır. Belə müzakirələr insanların bir-birini daha yaxından tanımasına, stereotiplərin aradan qaldırılmasına və ortaq dəyərlərin müəyyənləşdirilməsinəkömək edir. Dialoq vasitəsilə müxtəlif cəmiyyətlər arasında əməkdaşlıq üçün yeniimkanlar formalaşır.

Azərbaycanın bu prosesdə fəal iştirak etməsi ölkəmizin tarixi və mədənixüsusiyyətləri ilə sıx bağlıdır. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanəsrlər boyu müxtəlif sivilizasiyaların qarşılıqlı təsir göstərdiyi məkan olub. Ölkəmizin zəngin mədəni irsi, tolerantlıq ənənələri və fərqli dini icmaların dincyanaşı yaşaması beynəlxalq dialoqun inkişafı üçün əlverişli zəmin yaradır. Butəcrübənin beynəlxalq ictimaiyyətə təqdim edilməsi Azərbaycanın mədənidiplomatiya imkanlarını genişləndirir, ölkəmizin dünyada tanıdılmasına vəqarşılıqlı anlaşmanın təşviqinə töhfə verir.

Bakı prosesinin əhəmiyyəti yalnız beynəlxalq tədbirlərin keçirilməsi iləməhdudlaşmır. Bu təşəbbüsün yaratdığı imkanlardan istifadə edərək mədəni irsinqorunması, gənclərin dialoq prosesinə cəlb olunması, təhsil əlaqələriningenişləndirilməsi və humanitar əməkdaşlığın gücləndirilməsi mühümvəzifələrdəndir. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanınmədəniyyətlərarası dialoqun inkişafına verdiyi önəmin və beynəlxalq əməkdaşlığaaçıq mövqeyinin ifadəsidir. Bakıdan başlayan dialoq müxtəlif xalqlar arasındaanlaşma körpülərini möhkəmləndirərək daha dinc, qarşılıqlı hörmətə əsaslanangələcəyin qurulmasına xidmət edir.

 

Ülviyyə Babayeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button