
Hər bir dövlətin davamlı inkişafının arxasında xalqın birliyi, milli həmrəyliyi vəümumi məqsədlər ətrafında birləşmək bacarığı dayanır. Azərbaycan xalqı tarixboyu çətin sınaqlarla üzləşsə də, milli kimliyini, dövlətçilik ənənələrini və mənəvidəyərlərini qoruyaraq bu günə gəlib çatıb. Prezident İlham Əliyevin 2026-cı iloktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışıda cəmiyyətdə qarşılıqlı hörmətin, müxtəlifliyə münasibətin və birgəyaşayışənənələrinin əhəmiyyətini ön plana çıxaran mühüm hadisələrdən biri olub. Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, əldə etdiyi nailiyyətlər vəgələcəyə inamla addımlaması milli birliyin əhəmiyyətini bir daha təsdiqləyir.
Azərbaycançılıq ideyası xalqımızı birləşdirən, milli maraqları ümumi məqsədlərətrafında cəmləşdirən və dövlətçilik düşüncəsini möhkəmləndirən əsas mənəvidayaqlardan biridir. Bu ideya ölkəmizdə yaşayan bütün vətəndaşların millimənsubiyyətindən və dini etiqadından asılı olmayaraq Vətənə bağlılığını, dövlətəsədaqətini və cəmiyyət qarşısında məsuliyyətini özündə birləşdirir. Müxtəlifmədəniyyətlərin və ənənələrin mövcud olduğu Azərbaycan cəmiyyətində millihəmrəylik fərqliliklərin qarşıdurmaya çevrilməsinin qarşısını alan, insanların ortaqdəyərlər ətrafında birləşməsinə imkan yaradan mühüm amildir. Bu birlik dövlətinsiyasi sabitliyinin və ictimai inkişafının əsas dayaqlarından biri kimi çıxış edir.
Xalqımızın tarixi təcrübəsi göstərir ki, milli birlik çətin dövrlərdə xüsusilə böyükəhəmiyyət qazanır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazibütövlüyünün və suverenliyinin bərpası istiqamətində keçdiyi yol ümumi məqsədətrafında birləşməyin gücünü nümayiş etdirir. Vətəndaşların dövlətçilikmaraqlarına sədaqəti, Vətənə bağlılığı və milli dəyərlərə hörməti ölkəmizininkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin beynəlxalqplatformalarda səsləndirdiyi fikirlər də Azərbaycanın öz milli maraqlarınıqorumaqla yanaşı, xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlıqmünasibətlərinin inkişafına önəm verdiyini göstərir.
Bu gün milli həmrəyliyin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşınüzərinə mühüm məsuliyyət qoyur. Gənc nəslin vətənpərvərlik ruhundayetişdirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, cəmiyyətdə qarşılıqlı hörmətingücləndirilməsi və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi ölkəmizindavamlı inkişafı üçün vacibdir. Azərbaycan xalqının birliyi yalnız daxili sabitliyintəmin olunmasına deyil, həm də beynəlxalq münasibətlərdə dövlətimizin etibarlıtərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Milli həmrəylikölkəmizin ən qiymətli sərvətlərindən biri, gələcək uğurlarımızın isə etibarlıtəminatıdır.
Samirə Hacıyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



