Nəsimi rayonunda Müqəddəs Ramazan bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirilib
Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə İmperial şadlıq sarayında “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirldi və iftar süfrəsi təşkil edildi. Tədbirdə rayon rəhbərliyi, Millət vəkilləri, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayon ağsaqqalları, rayon ictimaiyyəti, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, Vətən Müharibəsi Şəhid ailələri, qaziləri, 20 Yanvar və Çernobıl əlilləri iştirak edirdilər.
Globalnews.az xəbər verir ki, iftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır.
RİH başçısı Asif Əsgərov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını təbrik edərək, onlara bu müqəddəs bayram günü münasibəti ilə xoş arzularını çatdırıb.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Bayram ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı adından rayon ərazisində yaşayan 200 şəhid və qazi ailəsinə, həmçinin 1000 nəfərə yaxın aztəminatlı ailələrə bayram sovqatları çatdırılıldı.