
Bakıda keçirilən görüş Türk dünyasının tarixdəngələn birlik ruhunun müasir dövrün çağırışları iləqovuşduğu mühüm siyasi məqam kimi yadda qaldı. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatınaüzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri iləgörüşdə səsləndirdiyi fikirlər yalnız bugününreallıqlarına deyil, həm də gələcəyin təhlükəsizlikmənzərəsinə işıq salan mühüm mesajlarla zəngin idi. Dünyanın müxtəlif bölgələrində mürəkkəb proseslərincərəyan etdiyi, təhlükəsizlik anlayışının əvvəlkidövrlərlə müqayisədə daha geniş məna daşıdığı birvaxtda türk dövlətlərinin qarşılıqlı etimad və həmrəylikəsasında daha sıx əməkdaşlıq etməsi xüsusi əhəmiyyətkəsb edir. Dövlət başçısının çıxışında TDT-nin keçdiyiinkişaf yolu, beynəlxalq nüfuzunun artması və üzvdövlətlər arasında əlaqələrin möhkəmlənməsi diqqətəçatdırıldı. Bir zamanlar yalnız ortaq tarix vəmədəniyyət bağları ilə ifadə olunan birlik bu günsiyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizliksahələrində real əməkdaşlıq mexanizmləri ilə dahageniş məzmun qazanır.
Prezident İlham Əliyevin çıxışında AzərbaycanınTürk dünyasının təhlükəsizlik və əməkdaşlıqməkanında oynadığı mühüm rol da öz aydın ifadəsinitapdı. Azərbaycanın əlverişli coğrafi mövqeyi onuŞərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantınöqtəsinə çevirir. Bakıdan keçən enerji və nəqliyyatlayihələri yalnız iqtisadi əhəmiyyət daşımır, eynizamanda region dövlətləri arasında qarşılıqlı asılılığıvə etimadı gücləndirən mühüm amillər kimi çıxış edir. Xəzərin sahillərindən Mərkəzi Asiyaya, oradanAvropaya uzanan yollar sanki türk dövlətlərini bir-birinə bağlayan yeni dövrün damarlarına çevrilir. Buyollar üzərində yalnız yüklər, enerji resursları vəsərmayələr deyil, həm də xalqları birləşdirənəməkdaşlıq ideyaları hərəkət edir. Azərbaycanıntəşəbbüsü və fəal iştirakı ilə formalaşan bu mənzərəTürk Dövlətləri Təşkilatının potensialının daha genişcoğrafiyada özünü göstərməsi üçün mühüm imkanlaryaradır.
Görüşdə təhlükəsizlik məsələlərinə xüsusi diqqətyetirilməsi də təsadüfi deyildi. Müasir dünyanınreallıqları göstərir ki, dövlətlərin təhlükəsizliyi yalnızsərhədlərin qorunması ilə məhdudlaşmır. Terrorizm, transmilli cinayətkarlıq, informasiya təhlükəsizliyi, kibertəhdidlər, qeyri-sabitlik və digər yeni çağırışlardövlətlərdən daha çevik və əlaqələndirilmiş fəaliyyəttələb edir. Bu baxımdan türk dövlətlərinin təhlükəsizlikqurumları arasında təcrübə mübadiləsinin, qarşılıqlıəlaqələrin və koordinasiyanın gücləndirilməsi mühümistiqamət kimi ön plana çıxır. Prezident İlham Əliyevinçıxışında səslənən fikirlər bir həqiqəti də ortaya qoyur: təhlükəsizliyin möhkəm təməli yalnız güc amilindədeyil, qarşılıqlı etimadda, həmrəyliyin qorunmasındavə bir-birinin maraqlarına hörmətlə yanaşılmasındadır. Türk dünyasının dövlətləri arasında bu etimad nə qədərmöhkəm olarsa, qarşılaşdıqları çağırışlara cavabimkanları da bir o qədər geniş olar.
Bakıda səslənən bu mesajların mahiyyətində isə dahaböyük bir ideya – birlikdən gücə, həmrəylikdəndavamlı inkişafa aparan yol dayanır. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər türk xalqlarını əsrlərboyu bir-birinə bağlayan möhkəm körpülər olub. Bugün həmin körpülər müasir siyasi və iqtisadiəməkdaşlıqla daha da möhkəmlənir. Prezident İlhamƏliyevin çıxışı Türk Dövlətləri Təşkilatının qarşısındadayanan imkanların genişliyini göstərməklə yanaşı, üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin stratejiəhəmiyyətini də önə çəkdi. Azərbaycan üçün Türkdünyasının birliyi yalnız siyasi anlayış deyil, tarixiyaddaşın, milli-mənəvi dəyərlərin və gələcəyəyönəlmiş baxışın təbii davamıdır. Bakıda keçiriləngörüş də bu baxımdan Türk dünyasının birliksalnaməsində yeni bir səhifə təsiri bağışladı – keçmişinmöhkəm təməlləri üzərində qurulan, bu gününreallıqlarını nəzərə alan və gələcəyə inamla yönələn birsəhifə.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



