Gündəm

Sabitlikdən güc alan Türk dünyası

Türk dünyasının tarixində elə səhifələr var ki, onlarınhər birində birlik, həmrəylik dövlətçilikdüşüncəsinin izləri görünür. Bu gün həmin tarixiyaddaş müasir dövlətlərarası münasibətlərdə yeniməzmun qazanır. Prezident İlham Əliyevin TürkDövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrərəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər bu reallığın aydın ifadəsi oldu. Dövlət başçısı ümumietnik köklərin, dillərin, mədəniyyətlərin mənəvidəyərlərin türk dövlətlərini bir-birinə yaxınlaşdıranmühüm amillər olduğunu vurğuladı. Bu yaxınlıqxalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirən təşkilatın gələcək inkişafına güc verən təməl kimidiqqət çəkir.

  Dünyanın müxtəlif bölgələrində münaqişələrin, qarşıdurmaların yeni təhlükələrin meydana çıxdığıbir dövrdə sabitliyin qorunması xüsusi əhəmiyyətdaşıyır. Prezident İlham Əliyevin çıxışındaAzərbaycanın digər türk dövlətlərinin sabitlik təhlükəsizlik şəraitində inkişaf etməsinin böyüküstünlük olduğu diqqətə çatdırıldı. Həqiqətən sülhün əmin-amanlığın hökm sürdüyü məkanlardainsanlar gələcəyə daha böyük inamla baxır, dövlətlərisə iqtisadi sosial inkişaf üçün geniş imkanlar əldəedirlər. Bu mənada təhlükəsizliyin təmin edilməsiyalnız dövlət qurumlarının deyil, bütövlükdəcəmiyyətlərin gələcəyinə xidmət edən mühümməsələdir.

  Bakıda keçirilən görüş türk dövlətlərinin qarşıdakıdövr üçün təhlükəsizlik sahəsində daha sıxəməkdaşlığa ehtiyac duyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev təhlükəsizlik üzrə rəhbərşəxslərin qarşısında duran vəzifələrin böyük olduğunubildirərək məlumat təcrübə mübadiləsininvacibliyini qeyd etdi. Bu yanaşma Türk DövlətləriTəşkilatının yalnız iqtisadi mədəni əməkdaşlıqplatforması deyil, həm ortaq çağırışlar qarşısındaməsuliyyətli dialoq məkanı kimi formalaşdığınıgöstərir. Türk dünyasının gücü onun yalnız keçmişindədeyil, həm gələcəyi birlikdə qurmaq iradəsindədir. Bu iradə möhkəmləndikcə ortaq təhlükəsizlik sabitlik məkanı da daha dayanıqlı xarakter alır.

Ülviyyə Babayeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button