AnalitikaGündəmSiyasət

Füzuli: dağıntıların içindən gələcəyə uzanan yol

Bəzi şəhərlərin taleyini yalnız onların küçələri, binaları və memarlıq görkəmi iləölçmək mümkün deyil. Elə şəhərlər var ki, onların hər daşı bir tarixi, hər qarış torpağı birxatirəni yaşadır. Füzuli də məhz belə şəhərlərimizdəndir. Onun keçmişində qədimyaşayış ənənələri, mədəni irs və mənəvi dəyərlər, yaxın tarixində isə ağır işğal sınağı, qəhrəmanlıq və yenidən doğuluş dayanır. 17 Oktyabr – Füzuli Şəhəri Günü bumürəkkəb tarixi yolun qürurla xatırlandığı, eyni zamanda gələcəyə inamın ifadəolunduğu əlamətdar gündür.

Füzuli torpağı tarixən zəngin mədəni və dini irsi ilə seçilib. Rayonun ərazisindəmövcud olmuş məscidlər, türbələr, qəbirüstü abidələr və digər tarixi tikililər burada əsrlərboyu formalaşan yaşayış mədəniyyətinin izlərini özündə yaşadır. Bu abidələr yalnızmemarlıq nümunələri deyil, həm də xalqın dünyagörüşünü, dini-mənəvi dəyərlərini vətarixi yaddaşını gələcək nəsillərə çatdıran mühüm mənbələrdir. İşğal illərində Füzulininmədəni irsinə vurulan zərər şəhərin fiziki görkəmi ilə yanaşı, onun tarixi yaddaşına daağır zərbə oldu. Bu gün həmin irsin qorunması və bərpası məsələsi azad edilmişərazilərdə həyata keçirilən quruculuq işlərinin mühüm istiqamətlərindən biridir.

Füzulinin müasir tarixində ən mühüm səhifələrdən biri 2020-ci ilin payızındayazıldı. Otuz ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycan Ordusu Vətənmüharibəsində nümayiş etdirdiyi peşəkarlıq, yüksək döyüş ruhu və qətiyyətlə şəhəriişğaldan azad etdi. 17 oktyabr 2020-ci ildə Füzulinin azad olunması təkcə hərbi uğurdeyildi. Bu hadisə doğma yurdlarından didərgin düşmüş insanların qayıdış ümidinigücləndirdi, tarixi ədalətin bərpasına və Azərbaycanın ərazi bütövlüyünün təminolunmasına aparan yolda mühüm mərhələyə çevrildi. Bu qələbənin arxasında əsgər vəzabitlərimizin fədakarlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızınbirliyi dayanır. Füzulinin azadlığı Vətən sevgisinin sözlə deyil, əməli ilə sübut olunduğutarixi hadisələrdəndir.

Bu gün şəhərin qarşısında duran əsas vəzifə azadlığı davamlı inkişaflamöhkəmləndirmək, insanları doğma yurda qaytarmaq və burada müasir yaşayış mühitiyaratmaqdır. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Füzulidəyaşayış məhəllələrinin salınması, yol-nəqliyyat infrastrukturunun qurulması, təhsil, səhiyyə, mədəniyyət və sosial xidmət obyektlərinin inşası istiqamətində genişmiqyaslıişlər görülür. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyatimkanlarını genişləndirməklə yanaşı, Qarabağın dünyaya açılan qapılarından birinəçevrilməsinə də şərait yaradıb. Burada aparılan işlərin mahiyyəti yalnız yeni binalartikməkdən ibarət deyil. Əsas məqsəd insanların təhlükəsiz, rahat və ləyaqətli yaşayışınıtəmin edən, iqtisadi fəallığı və sosial həyatı canlandıran müasir şəhər mühitiformalaşdırmaqdır.

Füzulinin yenidən qurulması prosesində Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin şəhərə və rayonun kəndlərinə səfərləri xüsusi əhəmiyyət daşıyır. Busəfərlər azad edilmiş ərazilərin bərpasının dövlət siyasətində tutduğu yeri, görülənişlərin gedişini və qarşıya qoyulan hədəfləri aydın şəkildə nümayiş etdirir.

23 avqust 2023-cü ildə Özbəkistan Respublikasının Prezidenti Şavkat MirziyoyevinFüzuli Beynəlxalq Hava Limanında qarşılanması Azərbaycanın azad edilmiş ərazilərdəyaratdığı yeni infrastruktur imkanlarının beynəlxalq miqyasda nümayişi baxımındanəlamətdar hadisə oldu. Həmin səfər çərçivəsində Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, şəhər yaşayış kompleksində yaradılmış şəraitlətanışlıq və Füzulinin Baş planına baxış keçirildi. Məktəbin açılması şəhərin gələcəyinə, burada böyüyəcək uşaqların təhsilinə və yeni nəslin formalaşmasına yönələn mühümaddım idi.

16 oktyabr 2023-cü ildə Füzulidə və rayonun kəndlərində bir sıra təməlqoymamərasimlərinin keçirilməsi quruculuq işlərinin miqyasını daha aydın göstərdi. Cuvarlı vəQoçəhmədli kəndlərinin, şəhərdə idman kompleksinin, ikinci və üçüncü yaşayışkomplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlinin qoyulmasıgələcək yaşayış mühitinin müxtəlif istiqamətlərini əhatə edirdi. Bu layihələr şəhərinyalnız yaşayış məntəqəsi kimi deyil, təhsil, idman, sosial xidmət və idarəetməimkanlarına malik müasir məkan kimi formalaşdırılmasına xidmət edir.

17 oktyabr 2023-cü ildə Füzuli Şəhəri Günü münasibətilə Prezident İlham Əliyevinşəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü isə rəmziməna daşıyırdı. Çünki şəhərin bərpasının əsas ölçüsü tikilən binaların sayı deyil, insanların doğma torpaqlarına qayıdaraq burada həyatlarını yenidən qurmasıdır. Uzunillər yurd həsrəti ilə yaşayan insanların öz şəhərlərində məskunlaşması Füzulinindirçəlişinin ən canlı göstəricisidir.

8 noyabr 2023-cü ildə Qarğabazar kəndinin təməlqoyma mərasiminin keçirilməsidə rayonun bərpa prosesinin şəhərlə məhdudlaşmadığını, kəndlərin dirçəldilməsinin dəbu siyasətin tərkib hissəsi olduğunu göstərdi. Doğma kəndlərin yenidən qurulmasıinsanların öz torpaqları ilə əlaqəsinin bərpası, ənənəvi həyat tərzinin canlanması vərayonun bütövlükdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

12 mart 2024-cü ildə Prezident İlham Əliyevin Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevlə Füzuliyə birgə səfəri zamanı Kurmanqazı adınaUşaq Yaradıcılıq Mərkəzinin açılışı keçirildi, Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilətanışlıq oldu. Uşaq yaradıcılığını dəstəkləyən mərkəzin fəaliyyətə başlaması mədəniəlaqələrin və humanitar əməkdaşlığın rəmzi olmaqla yanaşı, Füzulidə gələcək nəslininkişafına verilən önəmi də ifadə edir. Xəstəxana layihəsi isə əhalinin sağlamlığınınqorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi baxımından xüsusiəhəmiyyətə malikdir.

25 aprel 2024-cü ildə Qırğız Respublikasının Prezidenti Sadır JaparovunAzərbaycan Prezidenti ilə birlikdə Füzuliyə səfəri zamanı şəhərin dağıdılmış ərazilərinəbaxış keçirilməsi və Baş planla tanışlıq işğalın nəticələrini bir daha nümayiş etdirməkləyanaşı, qarşıda duran bərpa və quruculuq vəzifələrini də gündəmə gətirdi. Bu səfərlərAzərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi işlərin dost və tərəfdaş ölkələrləəlaqələr kontekstində təqdim olunmasına, regionun gələcək inkişaf perspektivlərinindiqqət mərkəzində saxlanmasına imkan yaradır.

Füzulinin bugünkü mənzərəsində keçmişin ağrısı ilə gələcəyin ümidi yanaşıgörünür. Dağıdılmış şəhərin yerində yeni yaşayış komplekslərinin salınması, məktəblərin, sosial obyektlərin və infrastrukturun yaradılması xalqımızın quruculuqiradəsini nümayiş etdirir. Bununla belə, şəhərin həqiqi dirçəlişi yalnız tikinti işlərinin başaçatması ilə ölçülməyəcək. Füzulidə iqtisadi həyatın canlanması, mədəni mühitinbərpası, tarixi abidələrin qorunması, gənclərin təhsil və inkişaf imkanlarınıngenişlənməsi də bu prosesin ayrılmaz hissəsidir.

17 Oktyabr – Füzuli Şəhəri Günü bizə bir həqiqəti yenidən xatırladır: torpağınazadlığı tarixi qələbədirsə, onun yenidən canlandırılması gələcək nəsillər qarşısındaməsuliyyətdir. Füzuli bu gün təkcə azad edilmiş şəhər deyil, həm də yaddaşınqorunduğu, həyatın yenidən qurulduğu və gələcəyə inamın möhkəmləndiyi birməkandır. Onun dirçəlişi Azərbaycanın iradəsinin, xalqımızın doğma torpağabağlılığının və qurub-yaratmaq əzminin ifadəsidir.

Füzulinin küçələrində yenidən həyatın canlanması, uşaqların məktəbə getməsi, ailələrin öz evlərində məskunlaşması və mədəni həyatın bərpası bu şəhərin gələcəyinədair ən inandırıcı mənzərədir. Bu gün Füzulidə qurulan hər bir bina, çəkilən hər bir yolvə açılan hər bir qapı azadlığın gündəlik həyata çevrilməsinə xidmət edir. Şəhərin yenitarixi də məhz bu zəhmət, inam və davamlı inkişaf üzərində yazılır.

 

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaş

Oxşar Xəbərlər

Back to top button