
Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlərçoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıqçərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasındarəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlıhörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkanyaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevinölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziriHun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edənsənədlərin imzalanması və liderlərin mətbuatabəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşanstrateji dialoqun əyani təzahürüdür.
Kambocanın hökumət başçısının Azərbaycana səfəri vəAzərbaycan prezidenti cənab İlham Əliyevlə mehriban, səmimi görüşü onu deməyə əsas verir ki, bu səfər iki ölkəarasındakı münasibətlərin inkişafına yeni töhfələr verəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham ƏliyevKamboca Krallığının Baş naziri Hun Maneti qəbul etdi. Hətta geniş tərkibdə görüş də baş tutdu. Görüşdəxalqlarımız arasındakı əlaqələrin tarixi inkişaf yoluna nəzərsalandı. Eyni zamanda, gələcək inkişaf istiqamətləribarədə fikir mübadiləsi aparıldı. Hətta görüşdən sonragələcəkdə görüləcək işlər barədə ictimaiyyətə məlumatlarverildi.
Görüşdən sonra media nümayəndələri üçün təşkil olunanbrifinqdə cənab prezident vurğuladı ki, AzərbaycanlaKamboca arasında ticarət-investisiya sahəsindəəməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcəkbirgə işçi qrupu yaratmışıq. Bu, iki ölkə arasındareallaşacaq fəaliyyət planının sözün əsl mənasında yolxəritəsidir.
Ölkə başçısı İlham Əliyev bildirdi ki, Kamboca ilə ticarət vəinvestisiyalar sahəsində də hansı addımları atabiləcəyimizi mütləq nəzərdən keçirməliyik. Hətta ölkərəhbəri onu da diqqətə çatdırdı ki, müvafiq imkanlarbaxımından yeganə maneə məsafə ola bilər:
“Lakin müasir dünyada bu, böyük problem deyil. Digərməsələ isə məlumat çatışmazlığıdır və biz bu boşluğuaradan qaldırmalıyıq”.
Eyni zamanda, görüş zamanı ikitərəfli gündəliyin genişməsələləri ilə bağlı dolğun və məzmunlu müzakirələr dəaparılıb. Kamboca ilə Azərbaycan arasında əlaqələrintarixi inkişaf yoluna nəzər saldıqda görürük ki, ikitərəflimünasibətləri gücləndirmək üçün böyük potensialmövcuddur. Hazırda iki dövlət arasında çox yaxşı siyasimünasibətlər mövcuddur. Üstəlik, müxtəlif sahələrdətərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bumünasibətlər baza rolunu oynamaqdadır. Kambocahökumətinin başçısının bu səfəri bu ölkə ilə dostluq vəəməkdaşlığımızın inkişaf vektorlarını daha da şaxələndirəcək. Eyni zamanda, gələcək iqtisadi əlaqələrininkişaf istiqamətlərini müəyyən etməyə geniş imkanlaryaradacaq.
Ölkə başçısının da vurğuladığı kimi, bu səfər ikitərəflitəmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsətyaradacaq. Söhbət istər ticarət, investisiya, birgə istehsal, enerji təhlükəsizliyi, istərsə də bir çox digər sahələri əhatəedə biləcək imkanlar toplusundan gedir.
Prezident İlham Əliyev AQEM sammitində iştirak etməküçün onun dəvətini qəbul etdiyinə görə Kamboca başnazirinə təşəkkürünü bildirib:
“Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycanbu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimizyekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərinsuverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizəhörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, buönəmli beynəlxalq tədbir regionumuzda, daha genişAvrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var”.
Görüş zamanı ölkə rəhbərimiz kambocalı ali qonağaxatırladıb ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalıtələbə Azərbaycanda təhsil alıb. Cənab prezident buənənənin bərpa edilməli olduğunu da söyləyib. Həmçinin, hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaradılmasınınvacibliyini vurğulayıb.
Ekspertlərin fikrincə, bu kimi addımlar xalqlarımız arasındamünasibətlərin daha da genişlənməsinə geniş imkanlaryaradacaq.
Eyni zamanda, nəqliyyat və rəqəmsal transformasiya da müzakirə edilən və prioritet hesab olunan sahələrdəndir. Bu barədə cənab prezidentin də öz fikirlərini ifadə etdi.
Azərbaycan tərəfi ondan da məmnundur ki, özsəmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətindətəqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraqdoğurur. Ölkə başçısının sözlərinə görə, bu sistem artıqAzərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir: “Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfəverə bilər“.
Önəmli faktorlardan biri də budur ki, ölkələr BMT, Qoşulmama Hərəkatı və Asiya-Avropa Görüşü (AQEM) kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Kamboca Azərbaycanın Asiya Parlament Assambleyasınamüşahidəçi qismində qoşulmaq təşəbbüsünü dəstəkləyir.
Ən əsası, Kamboca Baş nazirinin rəsmi səfəri zamanıkeçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluqmünasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçünimkan yaradır.
Otuz il öncə qurulan diplomatik əlaqələr bu gün o səviyyəyə çatıb ki, artıq tərəflər ticarət, investisiya, müdafiə, təhlükəsizlik, təhsil, kənd təsərrüfatı, o cümlədəniki ölkə arasında aviarabitənin qurulması imkanlarınımüzakirə edirlər. Bu da gələcəyə ümidlə baxmağa imkanverən ümdə nüanslardandır.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri



