
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanınbeynəlxalq mövqelərini möhkəmləndirir, Böyük Britaniya ilə münasibətlərin yeni stratejimərhələyə yüksəlməsinə zəmin yaradır
Azərbaycan Respublikasının xarici siyasətinin əsas xüsusiyyətlərindən biri millimaraqlara əsaslanan müstəqil, praqmatik və çoxşaxəli əməkdaşlıq strategiyasınınardıcıl həyata keçirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasidəyişikliklərin sürətləndiyi, iqtisadi rəqabətin gücləndiyi, enerji və nəqliyyattəhlükəsizliyinin qlobal əhəmiyyət qazandığı bir dövrdə dövlətlərin etibarlı tərəfdaşlarlamünasibətlərini inkişaf etdirməsi xüsusi önəm daşıyır. Azərbaycan bu reallıqları nəzərəalaraq həm regionda, həm də beynəlxalq miqyasda siyasi dialoqun genişləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və milli maraqların etibarlı şəkildəmüdafiəsinə yönəlmiş siyasət yürüdür. Bu baxımdan Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığı ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa istiqamətində xaricisiyasətinin mühüm tərkib hissəsidir. İki ölkə arasında uzun illər ərzində formalaşmışsiyasi etimad, enerji sahəsində uğurlu əməkdaşlıq, investisiya əlaqələri və qarşılıqlımaraqlar yeni strateji tərəfdaşlıq mərhələsinin əsasını təşkil edir. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhamtərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi bumünasibətlərin tarixində mühüm hadisədir. Sənəd Azərbaycan-Böyük Britaniyaəlaqələrinin siyasi, iqtisadi, təhlükəsizlik, təhsil və innovasiya sahələrində daha sistemlivə geniş əsaslarla inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi və siyasi əsasımövcuddur. Birləşmiş Krallıq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanımış, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdəqarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, siyasi təmaslarıngenişlənməsi və iqtisadi əməkdaşlığın inkişafı ikitərəfli əlaqələrin institusional əsaslarınıgücləndirmişdir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqındaBirgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri vəTərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin inkişafında mühüm siyasisənədlər olmuşdur. 2016-cı ildə xarici işlər nazirlikləri arasında Strateji Dialoqmexanizminin yaradılması isə siyasi məsləhətləşmələrin və qarşılıqlı fəaliyyətin dahamüntəzəm xarakter almasına şərait yaratmışdır. 2026-cı il noyabrın 12-də qəbul edilmişyeni Birgə Bəyannamə məhz bu tarixi təməlin üzərində formalaşmış münasibətlərinkeyfiyyətcə yeni mərhələyə yüksəldilməsini ifadə edir. Burada əsas diqqət yalnız keçmişəməkdaşlığın qiymətləndirilməsinə deyil, gələcək fəaliyyətin konkret istiqamətlərininmüəyyənləşdirilməsinə yönəldilir. Sənədin əhəmiyyəti ondadır ki, tərəflər münasibətləriqarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında stratejitərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətlərini rəsmiləşdirirlər. Bu yanaşma Azərbaycandiplomatiyasının mühüm xüsusiyyətlərindən birini — siyasi bəyanatları konkretəməkdaşlıq mexanizmləri ilə möhkəmləndirmək prinsipini əks etdirir.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, müxtəlif siyasi və iqtisadimərkəzlərlə əməkdaşlıq imkanlarının genişlənməsi Prezident İlham Əliyevin həyatakeçirdiyi ardıcıl və balanslaşdırılmış xarici siyasətin mühüm nəticələrindəndir. Dövlətbaşçısının rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz millimaraqlarını əsas götürən, müstəqil qərarlar qəbul edən və tərəfdaşları ilə qarşılıqlıfaydaya əsaslanan əməkdaşlıq quran dövlət kimi mövqeyini möhkəmləndirib. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin inkişafı xüsusi yertutur. Bununla yanaşı, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar və regional platformalarçərçivəsində fəal iştirak edir, Şərq ilə Qərb arasında siyasi, iqtisadi və nəqliyyatəlaqələrinin genişlənməsinə töhfə verir. Böyük Britaniya ilə strateji tərəfdaşlığınrəsmiləşdirilməsi bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. ÇünkiAzərbaycan üçün mühüm olan yalnız ikitərəfli münasibətlərin genişlənməsi deyil, eynizamanda, ölkəmizin regional və beynəlxalq proseslərdə etibarlı tərəfdaş kimimövqeyinin güclənməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənsiyasət Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik vəiqtisadi inkişaf sahələrində beynəlxalq əhəmiyyətini artırıb. Bu gün ölkəmiz Avropa iləAsiya arasında mühüm nəqliyyat və logistika qovşağı, enerji təchizatında etibarlıtərəfdaş və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşmasına təsirgöstərən əsas aktorlardan biridir. Böyük Britaniya ilə imzalanan Birgə Bəyannamə dəAzərbaycanın bu mövqeyini daha geniş siyasi və iqtisadi əməkdaşlıq çərçivəsindəmöhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Birgə Bəyannamənin mühüm müddəalarından biri Birləşmiş Millətlər TəşkilatınınNizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Bu prinsipAzərbaycanın xarici siyasətinin fundamental istiqamətlərindən biridir. Ölkəmiz uzun illərərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyününbərpasını, suveren hüquqlarının təmin edilməsini və regionda davamlı sülhünformalaşdırılmasını müdafiə edib. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixiZəfər və 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa edilməsiAzərbaycanın müasir tarixində yeni mərhələ açdı. Bu hadisələr regionda geosiyasireallıqları dəyişdirməklə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıqgündəliyinin də yenidən formalaşmasına səbəb oldu. Bəyannamədə suverenlik və ərazibütövlüyü prinsiplərinin xüsusi vurğulanması Azərbaycanın dövlətçilik maraqlarıbaxımından əhəmiyyətlidir. Bu, beynəlxalq münasibətlərdə dövlətlərin sərhədlərinintoxunulmazlığına və müstəqil qərarvermə hüququna hörmətin vacibliyini bir dahatəsdiqləyir. Azərbaycan üçün beynəlxalq tərəfdaşlığın əsas meyarlarından biri qarşılıqlıhörmət və bərabərhüquqlu əməkdaşlıqdır. Bu prinsiplər ölkəmizin xarici siyasətindəolduğu kimi, Böyük Britaniya ilə strateji münasibətlərin də əsasını təşkil edir.
Yeni Birgə Bəyannamədə 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton SülhZirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması xüsusi siyasi məna daşıyır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəatılan addımların alqışlanması Böyük Britaniyanın regionda davamlı sülhün təminedilməsinə dəstəyini ifadə edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, CənubiQafqazda uzunmüddətli sabitlik beynəlxalq hüququn prinsiplərinə, dövlətlərinsuverenliyinə və qarşılıqlı maraqlara əsaslanan münasibətlər əsasında formalaşmalıdır. Sülh prosesi yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret nəticələrə, nəqliyyatəlaqələrinin açılmasına, iqtisadi əməkdaşlığa, sərhədlərin delimitasiyasına və etimadquruculuğuna xidmət etməlidir. Böyük Britaniyanın bu prosesə siyasi dəstəyini ifadəetməsi regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir. Çünki Cənubi Qafqazdadavamlı sülhün təmin olunması yalnız region dövlətlərinin deyil, beynəlxalq tərəfdaşlarında maraqlarına uyğundur. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas məqsədiregionda qarşıdurma və münaqişə mühitinin aradan qaldırılması, iqtisadi əlaqələringenişləndirilməsi və əməkdaşlıq imkanlarının reallaşdırılmasıdır. Bu baxımdanbeynəlxalq tərəfdaşların prosesə konstruktiv yanaşması, tərəflərin suveren hüquqlarınahörmət etməsi və ikitərəfli dialoqu dəstəkləməsi vacibdir.
Bayram Xudayarov,
YAP-ın fəal üzvü Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü



