
Biz azad Ağdamdan qürurla danışırıqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin fədakarlığına, igid əsgərlərimizin cəsarətinə və Ali Baş Komandanımızın qətiyyətinə borcluyuq. Öz doğma sakinlərini yenidən qoynuna alan bu qədim şəhər Qarabağın ən müasir, abad və işıqlı mərkəzlərindən birinə çevrilir.
Ağdam həm də muğamımızın, sənətimizin və ziyalı mühitimizin beşiyi kimi tanınıb. Bu torpaq Azərbaycan mədəniyyətinə dünya şöhrətli xanəndələr, alimlər, yazıçılar və qəhrəmanlar bəxş edib. Dünyada tayı-bərabəri olmayan Çörək Muzeyi, qədim Şahbulaq qalası, Pənahəli xanın imarəti və Cümə məscidi Ağdamın zəngin keçmişinin və memarlıq ənənələrinin ən parlaq nümunələri idi.
1993-cü ilin iyul ayında baş verən işğal Ağdamın həyatında ağır və qaranlıq bir səhifə açdı. Şəhər tamamilə dağıdıldı, tarixi abidələrimiz yerlə-yeksan edildi və yüz minlərlə insan öz doğma ocağından didərgin düşdü. Lakin bu həsrət əbədi sürmədi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbə nəticəsində, noyabrın 20-də Ağdam bir güllə belə atılmadan, şəhid verilmədən azadlığına qovuşdu. Hər il 20 Noyabrın Ağdam Şəhəri Günü kimi qeyd olunması bu möhtəşəm qayıdışın rəmzidir.
Bu gün Ağdam tamamilə yeni bir simada dirçəlir. Dövlətimizin həyatakeçirdiyi genişmiqyaslı quruculuq işləri nəticəsində dağıdılmış ərazilərdəmüasir “ağıllı şəhər” konsepsiyası qurulur. Yeni avtomobil və dəmir yollarıçəkilir, sənaye parkı yaradılır, müasir məktəblər, xəstəxanalar və yaşayışmassivləri inşa olunur. Ağdam bu gün keçmişin ağrı-acısını geridə qoyaraqgələcəyə inamla addımlayır. Öz doğma sakinlərini yenidən qoynuna alanbu qədim şəhər Qarabağın ən müasir, abad və işıqlı mərkəzlərindən birinəçevrilir.
Nərimanov rayonu Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru



