
Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatınıntəşkilatçılığı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni AzərbaycanPartiyası: 34 il Zəfər və İnkişaf Yolu” adlı tədbir keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, partiya veteranları, ziyalılar, ərazi partiya təşkilatlarınınsədrləri və gənc fəallar iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəönünə tər çiçəklər düzdülər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqilAzərbaycanın memarı, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin vətorpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov iştirakçıları əlamətdar yubiley münasibətilə təbrik edib və geniş məruzə ilə çıxış edib. O, 1992-ci ilin payızında ölkədə hökm sürən xaos və ağır böhran şəraitində “91-lər”in müraciəti vəÜmummilli Lider Heydər Əliyevin tarixi qətiyyəti ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasınınyaradılmasının dövlətçiliyimizin xilası baxımından misilsiz əhəmiyyətini vurğulayıb.
İsmayıl İbrahimov qeyd edib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərindəqazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Məruzədə həmçinin cari ilin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII Qurultayında dövlət başçısınınmüəyyən etdiyi yeni strateji hədəflərdən, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsindən, informasiya təhlükəsizliyinin qorunmasından və Hacıqabul rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrdən bəhs olunub. Tədbirdə təbrik nitqi ilə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı SevindikHətəmov Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli yolundan danışaraq bildirib ki, partiyayarandığı gündən xalqın etimadını qazanaraq ölkəmizin hərtərəfli inkişafında aparıcı roloynayıb. O, Hacıqabul rayonunun ictimai-siyasi və sosial-iqtisadi həyatında YAP rayon təşkilatının fəal iştirakını yüksək qiymətləndirib və partiya üzvlərinə gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.
Daha sonra tədbirdə partiya veteran, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, partiya fəalı, Qarasu kənd tam orta ümumtəhsil məktəbinin direktoru ZərəngizAbasova, Hacıqabul rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatınınsədri Elşən Quliyev və gənc YAP fəalı Hacıqabul şəhər 6 nömrəli tam orta ümumtəhsilməktəbinin tarix müəllimi Elnarə Rəhimova çıxış ediblər. Çıxışlarda partiyanın keçdiyi inkişafyoluna nəzər salınıb, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xaricisiyasətə, aqrar və təhsil sahələrindəki islahatlara yekdil dəstək ifadə olunub.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək tədbir iştirakçılarınıpartiyanın 34 illik yubileyi münasibətilə təbrik edib. O, cari ilin oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin tam suverenliyinin bərpasından sonra baştutan ilk qurultay kimi müstəsna tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Əli Axundov qeyd edibki, qurultayda Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bütünyerli təşkilatların gələcək fəaliyyəti üçün yol xəritəsidir. O, qarşıdakı dövrdə “Böyük Qayıdış” proqramının icrasına dəstək, ideoloji və informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə dəpartiya intizamının daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrdənbəhs edərək, YAP Hacıqabul rayon təşkilatının bu tapşırıqların yerinə yetirilməsində fəal roloynayacağına əminliyini ifadə edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.




