
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıarasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisə baş verib. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıarasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındaəməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.
Tarixi dostluq və qarşılıqlı etimada söykənən Azərbaycan–Böyük Britaniyamünasibətləri uzun illər ərzində siyasi, iqtisadi və diplomatik sahələrdə inkişaf edərəkstrateji əhəmiyyət kəsb edib. Yeni Bəyannamə isə bu münasibətləri daha genişistiqamətlər üzrə inkişaf etdirmək, qarşılıqlı maraqları uzlaşdırmaq və gələcəkəməkdaşlığın prioritetlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsas müddəalar kimi ön planaçəkilir. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında münasibətlərinnormallaşdırılması istiqamətində atılan sülh addımları dəstəklənir, regionda davamlısülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanır.
Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsindəəməkdaşlığın genişləndirilməsidir. Bu çərçivədə təlim, təcrübə mübadiləsi, müdafiəpotensialının artırılması, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsivə regional təhlükəsizlik məsələləri üzrə birgə fəaliyyət nəzərdə tutulur.
İqtisadi əməkdaşlıq isə tərəfdaşlığın əsas sütunlarından biri kimi müəyyənləşdirilir. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyətdaşıyır. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalqnəqliyyat və logistika əlaqələrində mövqeyinin güclənməsi baxımından mühümperspektivlər yaradır.
Sənəddə təhsil, elm, innovasiya və rəqəmsal inkişaf məsələlərinə də geniş yerayrılıb. Ali və peşə təhsili, müasir texnologiyalar, süni intellekt, elmi tədqiqatlar vərəqəmsal idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsi gələcək nəsillərin bilikvə bacarıqlarının inkişafına xidmət edən mühüm istiqamətlərdəndir. İnsanlararasıəlaqələrin, mədəni mübadilələrin və peşəkar əməkdaşlığın təşviqi isə iki xalq arasındaqarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə imkan yaradacaq.
Bu Bəyannamə yalnız iki ölkə arasında diplomatik münasibətlərin inkişafını deyil, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsini, regionalsabitliyə və qlobal iqtisadi əlaqələrə verdiyi töhfənin artmasını ifadə edir.
Nəticə etibarilə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış StratejiTərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı etimadın, ortaq maraqların vəgələcəyə hesablanmış əməkdaşlığın mühüm təzahürüdür. Bu sənəd yeni imkanlarınyaranmasına, ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və ölkəmizin beynəlxalqmövqeyinin möhkəmlənməsinə xidmət edən əhəmiyyətli siyasi addımdır.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



