
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə Nizami küçəsi, 22 (Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara Mədəniyyət Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilarında YAP fəlları ilə görüş keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi nitqindən irəli gələn məsələlər, qarşıda duran vəzifələr və partiya fəaliyyətinin daha da gücləndirilməsi istiqamətləri ətrafında geniş müzakirələr aparılmışdır.
Çıxış edən Astara Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev və ərazi partiya təşkilatının sədri Hacıbala Ramazanov VIII Qurultayın əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji hədəflərdən və bu hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs etmişlər.
Natiqlər qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması və ideoloji işin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mədəniyyət sahəsində çalışan əməkdaşların milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadıqları vurğulanmışdır.
Görüş qarşıda duran vəzifələrin müzakirəsi və iştirakçıların fikirlərinin dinlənilməsi ilə davam etmişdir.











