GündəmSiyasət

Zölgörən ərazi partiya təşkilatında iclas keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti iclası Zölgörən ərazi partiya təşkilatında keçirilib.

Tədbir Yeni Azərbacan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin çıxışında irəli sürülən çağırışların yerli partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas götürülməsinin, əhali ilə işin gücləndirilməsinin və partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıb.

Sonra Zölgörən ərazi partiya təşkilatının sədri Rəşad Familzadə qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət qarşısındakı məsuliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, dövlətçilik prinsiplərinin təbliği və Zölgörən ərazi partiya təşkilatının qarşısında duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının zəruriliyi vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button