25 Oktyabr – Qubadlı şəhəri günü: Zəfərdən dirçəlişə uzanan yol

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisəidi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin bu fikirləri Qubadlı şəhərinin azad edilməsinin tarixi əhəmiyyətini, xalqımızınillərlə həsrətində olduğu doğma torpaqlara qayıdış arzusunu və Zəfərə aparan yolunmahiyyətini ifadə edir.
25 oktyabr Azərbaycan tarixində qəhrəmanlıq, əzmkarlıq və milli iradənin təntənəsikimi yadda qalıb. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Ermənistanın işğalındanazad edilməsi Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Buqələbə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların ardıcıl davamıolmaqla yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamını daha da gücləndirdi.
Qubadlı Azərbaycanın zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və qədim yaşayışənənələri ilə seçilən bölgələrindən biridir. İşğaldan əvvəl rayonun iqtisadi həyatındakənd təsərrüfatı mühüm yer tuturdu. Əhali taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıqvə heyvandarlıqla məşğul olur, torpağın bərəkətindən bəhrələnərək öz güzəranınıqururdu. Yaşıl dağları, meşələri, çayları və münbit torpaqları ilə seçilən Qubadlı təkcətəbii sərvətləri deyil, həm də özünəməxsus mədəniyyəti, adət-ənənələri və zəngin tarixiirsi ilə Azərbaycan torpağının ayrılmaz parçasıdır.
Lakin uzun illər davam edən işğal Qubadlının inkişafına ağır zərbə vurdu. Şəhər vəkəndlər dağıntılara məruz qaldı, yaşayış evləri, sosial obyektlər və təsərrüfatinfrastrukturu məhv edildi, minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Qubadlı sakinlərinin qəlbində illərlə yaşatdıqları ən böyük arzu öz evlərinə, ata-babatorpaqlarına qayıtmaq idi. Bu arzu 2020-ci ilin payızında Azərbaycan Ordusununqəhrəmanlığı, dövlətimizin qətiyyətli siyasəti və xalqımızın birliyi sayəsindəgerçəkləşməyə başladı.
Qubadlının azad olunması Vətən müharibəsinin hərbi-strateji baxımdan mühümmərhələsi idi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları düşmənin müdafiəmövqelərinə ciddi zərbə vurdu, qələbəyə aparan yolu daha da yaxınlaşdırdı. Bu Zəfərbir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın dəyişməzməqsədi, dövlətimizin isə əsas prioritetlərindən biridir.
Tarixi Qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin yaşadılması və Vətənmüharibəsi həqiqətlərinin gələcək nəsillərə çatdırılması bu gün mühüm mənəvi vəictimai əhəmiyyət daşıyır. Qubadlı şəhəri günü də məhz bu baxımdan xalqımızınyaddaşında xüsusi yer tutur. Bu tarix bizə torpaqlarımızın azadlığı uğrunda canındankeçən şəhidlərimizin fədakarlığını, qazilərimizin qəhrəmanlığını və Azərbaycan xalqınınsarsılmaz birliyini xatırladır. Qazanılmış qələbənin dəyəri yalnız azad edilən torpaqlarladeyil, həm də həmin torpaqlarda həyatın yenidən qurulması, insanların doğmayurdlarına qayıtması ilə ölçülür.
Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri azad edilmişərazilərin gələcəyinə yönəlmiş ardıcıl dövlət siyasətinin tərkib hissəsidir. Rayonunkəndlərinin yenidən qurulması, yol və enerji infrastrukturunun yaradılması, suehtiyatlarından səmərəli istifadə imkanlarının genişləndirilməsi bölgənin sosial-iqtisadiinkişafı üçün mühüm zəmin yaradır. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasıistiqamətində görülən işlər də doğma torpaqlara qayıdışın təmin olunmasına, yaşayışməntəqələrinin müasir tələblər əsasında bərpasına xidmət edir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, aparılan işlərlə yerindətanış olması və layihələrin icrasına diqqət yetirməsi Böyük Qayıdış prosesinin dövlətsəviyyəsində prioritet olduğunu göstərir. 2022-ci il oktyabrın 19-da dövlət başçısıQubadlı rayonuna səfəri çərçivəsində “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarınınlayihələri ilə tanış olmuş, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının vəRəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Bu layihələrbölgənin su və enerji təminatının gücləndirilməsi, infrastruktur imkanlarınıngenişləndirilməsi və gələcək inkişafının təmin olunması baxımından əhəmiyyətlidir.
Qubadlının dirçəlişi təkcə dağıdılmış şəhər və kəndlərin bərpası demək deyil. Bu, uzun illər yurd həsrəti çəkən insanların öz doğma torpaqlarında yenidənməskunlaşması, ailə ocaqlarının tüstüsünün təzədən yüksəlməsi, torpağın əvvəlkihəyatına qovuşması deməkdir. Vaxtilə məcburi köçkünlük həyatı yaşayan insanlarındoğma yurdlarına qayıtması Azərbaycanın tarixi Qələbəsinin real nəticələrindən biridir.
25 oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında əbədi yaşayacaq şanlıtarixdir. Bu gün həm qəhrəman Azərbaycan əsgərinin gücünü, həm Müzəffər Ali BaşKomandan İlham Əliyevin qətiyyətli rəhbərliyini, həm də milli birliyimizin qüdrətinitəcəssüm etdirir. Qubadlı artıq yalnız işğaldan azad edilmiş şəhər deyil, həm də yenidənqurulan, gələcəyə inamla addımlayan Azərbaycanın rəmzlərindən biridir.
Qubadlıya qayıdan həyat, ucalan yeni tikililər, bərpa olunan kəndlər və qurulanmüasir infrastruktur Zəfərimizin davam etdiyini göstərir. Bu torpaqlarda həyatın yenidəncanlanması şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, xalqımızın iradəsinin vədövlətimizin gücünün ifadəsidir.
25 Oktyabr – Qubadlı şəhəri günü münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə Qubadlı sakinlərini ürəkdən təbrik edirik. Qubadlıya əbədi sülh, firavanlıq vədavamlı inkişaf arzulayırıq. Doğma torpaqlarımızda ucalan hər bir bina, salınan hər biryol və yenidən qurulan hər bir kənd Zəfərimizin əbədi nişanəsi olsun!
Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



