AnalitikaGündəmSiyasət

Zəngilanın azadlığı – tarixi ədalətin təntənəsi

Azərbaycanın qədim və füsunkar guşələrindən biri olanZəngilan öz zəngin tarixi, bənzərsiz təbiəti və doğmayurduna bağlı insanları ilə xalqımızın yaddaşındaxüsusi yer tutur. 20 Oktyabr – Zəngilan şəhəri günüillərin həsrətinə son qoyan, xalqımızın qəlbində qürurhissini gücləndirən əlamətdar günlərdəndir. Bu tarixAzərbaycanın mübarizə əzmini, sarsılmaz iradəsini vədoğma torpaqlarını heç zaman unutmayan xalqınmənəvi gücünü təcəssüm etdirir. Zəngilanın adıçəkiləndə insanın gözləri önündə yaşıl meşələr, axarçaylar, qədim yurd yerləri və Vətən sevgisi ilə döyünənürəklər canlanır.

İşğal illərində Zəngilan sakinləri doğma torpaqlarındanuzaqda yaşamağa məcbur olsalar da, yurd sevgisiniqəlblərindən silmədilər. Hər bir ailənin yaddaşındaqorunan xatirələr, nəsildən-nəslə ötürülən yurdhekayələri və geri qayıtmaq arzusu Zəngilanın mənəvivarlığını yaşatdı. İnsanlar doğma şəhərlərininküçələrinə yenidən qayıdacaqları günü səbirləgözlədilər. Bu gözlənti yalnız şəxsi arzu deyildi; bütövbir xalqın tarixi ədalətin bərpasına olan inamı idi. 2020-ci ildə Vətən müharibəsi zamanı əldə edilənqələbə həmin inamın gerçəyə çevrilməsinə şəraityaratdı.

Zəngilanın azadlığı Azərbaycanın hərbi qüdrətinin, xalq-iqtidar birliyinin və milli həmrəyliyinin parlaqtəzahürlərindən biridir. Bu qələbə uğrunda canındankeçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daimyaşayacaq. Onların qəhrəmanlığı sayəsində doğmatorpaqlarımızda üçrəngli bayrağımız yenidəndalğalanır. Zəngilanın hər bir uğuru, hər bir yenilənənküçəsi və hər bir bərpa olunan yaşayış məntəqəsihəmin fədakarlığın mənəvi davamıdır. Bu gün bölgədəhəyata keçirilən layihələr azadlığın yalnız hərbi qələbəilə məhdudlaşmadığını, onun quruculuq, inkişaf vəinsanların öz doğma yurdlarında yaşamaq hüququ ilətamamlandığını göstərir.

Zəngilan şəhəri günü tarixi keçmişimizə ehtiramgöstərmək, qəhrəmanlarımızın xatirəsini yaşatmaq vəgələcək nəsillərə milli dəyərlərimizi aşılamaqbaxımından böyük əhəmiyyət daşıyır. Bu gün bizyalnız qazanılmış qələbəni qeyd etmirik, həm də azadtorpaqlarımızın gələcək inkişafı naminə görülən işləriqürurla izləyirik. Zəngilanın yenidən dirçəlməsiAzərbaycanın güclü dövlət olduğunu, öz tarixitorpaqlarında həyat qurmaq əzmini nümayiş etdirir. Qoy bu qədim şəhərin səmasında daim sülhün nuruparlasın, yurduna qayıdan insanların sevinci heç zamanəskik olmasın və Zəngilan gələcək nəsillər üçün əbədiVətən sevgisinin ünvanına çevrilsin.

Nərmin Əliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button