
Azərbaycan son illərdə ənənəvi neft-qaz ölkəsindən regional yaşıl enerji mərkəzinə çevrilmək yolunda strateji addımlar atır. Ölkənin hədəfi 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin (BEM) ümumi enerji balansındakı payını 30%-ə çatdırmaqdır.
Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən mühüm tədbirdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın ənənəvi enerji ixracatçısından həm də “yaşıl enerji” qovşağına çevrilməsi strategiyasını bir daha dünyaya nümayiş etdirdi.
“Bizim məqsədimiz təkcə özümüzü yaşıl enerji ilə təmin etmək deyil, həm də Avropanın enerji təhlükəsizliyində yeni, ekoloji təmiz səhifə açmaqdır.”-deyən dövlət başçısı Azərbaycanın qlobal enerji xəritəsindəki yerini möhkəmləndirməklə yanaşı, ölkəmizin ekoloji gündəliyə nə qədər ciddi yanaşdığını bir daha sübut etməklə Azərbaycanın sadəcə neft-qaz ixracatçısı deyil, həm də Avropanın gələcək “Yaşıl Enerji Mərkəzi” olmaq əzmini bəyan etdi.
Azərbaycan həyata keçirilən layihələrlə həm Avropanın qaz təminatçısı, həm də gələcək yaşıl elektrik enerjisi deposu rolunu birləşdirir. Bu, ölkəyə həm iqtisadi gəlir, həm də beynəlxalq arenada strateji üstünlük qazandırır.
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bu mühüm tədbirdə imzalanan sənədlər və “Yaşıl Enerji Dəhlizi”nin detalları Azərbaycanın gələcək onilliklərdəki enerji xəritəsini müəyyən edir, eyni zamanda ölkəmizin həm ənənəvi enerji (qaz), həm də bərpa olunan enerji (“yaşıl enerji”) sahəsində regionun və Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha təsdiqləyir.
Azərbaycanın yaşıl enerji – potensialı bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi və işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur) günəş enerjisi imkanları ölkəni regionun yaşıl enerji mərkəzinə çevirir. Azərbaycanın bərpa olunan enerji layihələri daxili qaz istehlakını azaldacaq, bu da ixrac üçün daha çox qaz həcminin sərbəst qalmasına şərait yaradacaq.
Nihad Qasımov,
Nizami rayonunun fəal gənci, Bakı Ali Neft Məktəbinin tələbəsi.



