AnalitikaGündəmOrdu

Şərəfli Zəfərin adı- Ana Vətən

Azərbaycan xalqının ucalıq simvolu olan 8 noyabr günü heyrətamiz bayramdır. Azərbaycan xalqının əzminin, vahid Azərbaycan xalqın yenilməz iradəsinin təcəssümü, eyni zamanda ruhların səadət tapdığı bayramdır.

8 noyabr Zəfəri elə bir tarixdir ki, heç də bütün xalqlara bunu yaşamaq qismət olmur. Bu tarix belə səlnamədir ki, sanki kitablardan, ədəbi nümunələrdən oxuyub eşidərsən. Lakin bu qəhramanlıq səlnaməsinin səhifələrini məhz Azərbaycan xalqı yazdı, Azərbaycan gəncliyi yazdı. Vüqar Süleymanov, Nicat Şükürlü, Kənan Rüstəmli, Elnur Allahverdizadə, Cavid Mirzəyev və minlərlə ölümün gözünə dik baxan fədakər övladlarımız yazdı. Azərbaycanın, türk dünyasının eləcə də dünya xalqların tarixində misilsiz qəhrəmanlıq yolu.

Hərbi kommisarlığın qarşısında cəbhəyə yollananların siyahısına düşmək üçün növbəni gözləyən, döyüşlərə qatılma sevincini avtomobil qarşısında rəqs etməklə çatdıran, mahnı ifası ilə savaşa qatılan, “mən Şəhid olacam, başınızı dik tutun”, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedən cəsarətli oğullarımız. Məğrur Azərbaycan xalqının əfsanələri. Dünya birliyini heyrətləndirən mərd igidlərimiz. Qarabağın beşiyi olan Şuşanı əlbəyaxa alan aslanlarımız. İgidlərimizi rəşadəti gələcək nəsillərə vətənə sevginin nümunəsidir, mənəvi sərvətimiz, dəyərimizdir.

Unudulmayan, şərəfli tarix.

Müharibəni heç bir insan, heç bir xalq arzulamaz, lakin Azərbaycan xalqı üçün işğal altında olan torpaqların azad olunması, ərazi bütövlüyünün bərpası, dədə-baba yurdlarından didərgin düşmüş və otuz ilə yaxın qaçqın, məcburi köçkün həyatını yaşayan insanları doğma ocaqlarına qaytarmaqdan başqa yol qalmamışdır. Azərbaycan xalqı üçün tapdalanmış hüquqların, ədalətin bərpası üçün müharibə sonuncu çarə idi, ikili standartlar ilə yaşayan dünya birliyi ölkəmiz üçün başqa yol qoymamışdı.

8 noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsinin, sərkərdəlik məharətinin, Azərbaycan Silahlı qüvvələrinin dəyanətli mövqeyinin, döyüş əzminin, rəşadətinin, yüksək hərbi texniki, mənəvi psixoloji hazırlığın və peşəkarlığının təntənəsi oldu.

Cəmi 44 günə Dahi Sərkərdəmiz dəmir yumruğunun zərbəsi ilə Azərbaycan xalqının qanayan yarası olan Qarabağ münaqişəsini həll etdi və münaqişə “tarixin zibilliyinə atıldı’’. Tarixi missiyanın yerinə yetirilməsi ilə regionda yeni bir reallıq yarandı, Azərbaycan Cənubi Qafqazda liderlik mövqeyini möhkəmləndirdi. Azərbaycan Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantına çevrildi.

Rəşadətli Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da başlanan və cəmi 23 saat davam edən lokal antiterror əməliyatı nəticəsində Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərk-silah etmişdir. Beləki, Azərbaycan dövlətinin bütün əraziləri üzərində suverenlik təmin olunaraq, üçrəngli Dövlət Bayrağımızın ərazilərimizdə dalğalanması təmin olunmuşdur. Bu şanlı tariximizin növbəti qürurverici səhifəsi, Azərbaycan Silahlı qüvvələrinin növbəti parlaq yürüşü, yüksək peşəkarlığın sübutu idi.

Bu gün Azərbaycan qlobal diplomatik platformalarda fəal rol oynayan ölkəyə çevrilib. Ölkəmizin nüfuzu günü gündən artır. Parlaq Zəfərin müəllifi olan müzəffər Prezident İlham Əliyevin mükəmməl diplomatik səriştəsi Azərbaycan dövlətini “qərar qəbul edən, istiqamət göstərən”, qlobal arenada önəmli söz sahibi olan dövlətinə çevirib.

Qüdrətli Azərbaycan dövləti yerləşdirdiyi bölgənin siyasi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təziq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.

Qüdrətli Azərbaycan yerləşdirdiyi bölgənin siyasi, hərbi, humanitar, mənzərəsini dəyişməyə qadir olduğunu və bundan sonra heç kəsin onunla güc və təziq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir. Uca Tanrı Ali Baş Komandanı qorusun! Qürur, fəxarət, iftixar, sonsuz minnətdarlıq hissləri məğrur xalqımız üçün əbədiyaşar olacaq.

Möhtəşəm Zəfərin adı birdir – qürurlu, qalib Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin!

Sevinc Axundova,
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun Bakı Slavyan Universiteti üzrə ərazi təşkilatının sədri, dosent

 

Oxşar Xəbərlər

Back to top button