
Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.
Globalnews.az “Habertürk”-ə istinadən xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.
“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “…yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil…”
Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır”, – deyə, məlumatda vurğulanıb.
Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.