
“Rusiya Prezidenti Vladimir Putin bu gün İranın XİN rəhbəri Abbas Araqçı ilə görüş keçirəcək”.
Globalnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Rusiya liderinin köməkçisi Yuriy Uşakov bildirib.
Xatırladaq ki, dünən İran mediası A.Araqçının Moskvada olması və Putinlə danışıqlar aparacağı barədə məlumat yaymışdı.