GündəmOrdu

Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.

Globalnews.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.

Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Oxşar Xəbərlər

Back to top button