
Akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alimlərdən biridir. Onun həyat yolu insanların sağlamlığınınqorunmasına həsr olunmuş fədakar fəaliyyət nümunəsikimi qiymətləndirilir. O, ömrü boyu səhiyyə sahəsindəelmi axtarışlar aparmış, oftalmologiya elminininkişafına dəyərli töhfələr vermiş və Azərbaycan tibbtarixində özünəməxsus iz buraxmışdır.
Alimin əsas tədqiqat istiqamətlərindən biri gözxəstəliklərinin araşdırılması olmuşdur. Xüsusilətraxoma və qlaukoma kimi geniş yayılmış və ciddinəticələrə səbəb olan xəstəliklərin öyrənilməsi onunelmi fəaliyyətində mühüm yer tutmuşdur. O, buxəstəliklərin yaranma səbəblərini, inkişafmexanizmlərini və müalicə yollarını dərindən tədqiqetmişdir. Onun apardığı araşdırmalar nəticəsindəoftalmologiyada yeni diaqnostik və terapevtikyanaşmalar formalaşmış, bu da bir çox xəstənin görməqabiliyyətinin qorunmasına imkan yaratmışdır. Bu elminailiyyətlər həm Azərbaycan, həm də beynəlxalq tibbelmi üçün böyük əhəmiyyət kəsb edir.
Zərifə Əliyeva yalnız elmi fəaliyyətləkifayətlənməmiş, eyni zamanda pedaqoji sahədə dəböyük xidmətlər göstərmişdir. O, uzun illər ərzindəgənc həkimlərin hazırlanmasında iştirak etmiş, onlarayalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlarqazandırmışdır. Onun rəhbərliyi altında formalaşanmütəxəssislər bu gün ölkənin müxtəlif səhiyyəmüəssisələrində uğurla fəaliyyət göstərirlər. Bu isəonun yaratdığı elmi məktəbin davamlılığını və təsirgücünü aydın şəkildə göstərir.
Bununla yanaşı, Zərifə Əliyeva yüksək insanikeyfiyyətləri ilə də seçilən bir şəxsiyyət olmuşdur. Onun sadəliyi, təvazökarlığı, xəstələrə və tələbələrəqarşı qayğıkeş münasibəti onu cəmiyyətdə nümunəvibir insan kimi tanıtmışdır. O, hər zaman insanlaradiqqət və mərhəmətlə yanaşmış, peşəsinə sonsuzsədaqət göstərmişdir. Onun həyat tərzi və davranışı birçox insan üçün örnək olmuşdur.
Bu gün Zərifə Əliyevanin elmi və mənəvi irsiAzərbaycan səhiyyəsinin inkişafında mühüm yer tutur. Onun apardığı tədqiqatlar, yaratdığı elmi məktəb vəyetişdirdiyi kadrlar tibb elminin gələcək inkişafı üçünmöhkəm baza formalaşdırmışdır. Akademikin xatirəsiAzərbaycan cəmiyyətində böyük hörmət və ehtiramlaanılır, onun adı səhiyyə tarixində daim yaşayır.
Tibbi biliklərin əsasları və Mülki Müdafiə kafedrasının
baş müəllimi Mansurova Cəmilə



