
2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının növbəti VIII Qurultayı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-in VIII Qurultayında geniş proqramlı və tarixi bir nitq söyləmişdir.
Dövlətimizin başçısının bu çıxışı ölkənin növbəti mərhələ üçün siyasi və strateji yol xəritəsi kimi qiymətləndirilir.
Dövlət başçımız öz çıxışında ölkəmizin həyatında əsas strateji əhəmiyyət daşıyan istiqamətlərə toxunub.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonrakı yeni mərhələdə səslənib.
2020-ci il müharibəsi və sonrakı proseslərin Azərbaycanın regiondakı geosiyası mövqeyini dəyişdirdiyi qeyd olunub.
Çıxışda Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edildiyi və beynəlxalq mövqelərinin möhkəmləndiyi bildirilib.
Prezident çıxışında Azərbaycanın artıq daha böyük geosiyası çəkisi olan dövlət kimi çıxış etdiyini vurğulayıb.
Ölkənin hərbi və milli təhlükəsizliyinin əsas prioritet istiqamətlərdən biri olması qeyd edilib.
Əsas vəzifələrdən biri kimi hərbi gücün artırılması, dünyada müharibələrin və qarşı durmaların artdığı şəraitdə Azərbaycanın istənilən təhlükəyə hazır olması fikri önə çəkilib.
Müdafiə və təhlükəsizlik xərclərinin yüksək səviyyədə saxlanmasının vacibliyi vurğulanıb.
Prezident İlham Əliyevin Qurultaydakı “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Azərbaycan xalqı təhlükəsizlik və əmin amanlıq şəraitində yaşayır. Biz hər gün hazır olmalıyıq ki, istənilən təxribata cavab verək. Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.” sözləri çox önəmli, ciddi mesajlardır. Çıxışda yalnız fiziki deyil, ideoloji təhlükəsizliyində vacibliyi qeyd olunub.
Azərbaycanı reallıqlarının, ölkəmizdə gedən işlərin, çox müsbət ab-havasının daim ictimai müzakirələrdə olması və bu işdə partiya fəallarının rolu qeyd edilib.
Çıxışda ideoloji təsirlərə və dezinformasiyaya qarşı əsas vasitələr kimi təhsil, savadlılıq və vətənpərvərlik göstərilib.
Prezident İlham Əliyevin çıxışında ölkəmizin xarici siyasətlə bağlı addımlarının dünyada böyük təqdirlə qarşılanması, islam həmrəliyinin gücləndirilməsi üçün birləşdirici rol oynaması, bütün növ enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olması, çox ciddi geosiyası və təhlükəsizlik faktoruna çevrilməsi mesajları da səsləndirilib. İqtisadi tranzit imkanlarının genişləndirilməsi, Qarabağın bərpası və YAP-ın bu proseslərdə rolunun artırılması fikirləri də Prezident İlham Əliyevin çıxışında əsas yer tutan məqamlardan biridir.
Prezident YAP-ı Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə edib. İlham Əliyev öz çıxışında Partiyanın qarşısındakı dövrdə yeni tarixi və siyasi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli olduğunu bildirib və Partiyamıza yeni qələbələr arzulayıb.
Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini



