AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcər Rayonunun Yenidən İnzibati İdarəedilməsi

25 noyabr 2020-ci ildən sonra Kəlbəcərdə dövlət idarəçiliyinin və inzibati strukturların bərpası istiqamətində mühüm addımlar atıldı. Uzun illər müvəqqəti olaraq digər rayonlarda fəaliyyət göstərən dövlət qurumları doğma torpağa qayıtmağa başladı. Hüquq-mühafizə orqanları, yerli icra strukturları və kommunal xidmətlər ərazidə fəaliyyətə keçdi.

Prezidentin xüsusi nümayəndəlik institutunun yaradılması bərpa və quruculuq işlərinin mərkəzləşdirilmiş şəkildə koordinasiyasına şərait yaratdı. Bu idarəetmə modeli layihələrin sürətli və şəffaf icrasını təmin edir. Dövlət qurumları arasında sıx əməkdaşlıq bölgənin yenidən qurulmasını sistemli hala gətirib.

İnzibati idarəetmənin bərpası ilə yanaşı, vətəndaşlara göstərilən dövlət xidmətlərinin rəqəmsallaşdırılması da diqqət mərkəzindədir. Yeni yaradılan xidmət mərkəzləri əhalinin sənədləşmə, sosial təminat və digər məsələlərini operativ həll etmək üçün nəzərdə tutulub. Bu, müasir dövlətçilik standartlarının bölgədə tətbiqidir.

Dövlət hakimiyyətinin tam bərqərar olması Kəlbəcərdə qanunun aliliyini və ictimai asayişi möhkəmləndirib. Bu gün rayon həm təhlükəsizlik, həm də idarəetmə baxımından ölkənin digər bölgələri ilə tam inteqrasiya olunub. İnzibati dirçəliş Böyük Qayıdışın təşkilati əsasını təşkil edir.

Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button