
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyətiyalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin taleyinə də öz təsirinigöstərir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransınınkeçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Ölkənin mürəkkəb siyasi, iqtisadivə ictimai sınaqlarla üzləşdiyi bir dövrdə yeni siyasi təşkilatın yaradılmasıdövlətçilik düşüncəsinin, milli birliyin və sabitlik arzusunun təcəssümü idi.
Həmin illərdə Azərbaycan müstəqilliyinin ilk çətin mərhələsini yaşayır, cəmiyyətgələcəyə inam, siyasi məsuliyyət və güclü liderlik axtarırdı. Belə bir şəraitdəxalqın böyük hörmət və etimad bəslədiyi Ümummilli Lider Heydər Əliyevinrəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatındayeni mərhələnin başlanğıcını qoydu. Partiyanın təsis edilməsi cəmiyyətin müxtəliftəbəqələrində dövlətin gələcəyinə dair ümidləri daha da gücləndirdi.
Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqların qorunmasını, müstəqil dövlətçiliyin möhkəmləndirilməsini və Azərbaycanın inkişafını əsasfəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Heydər Əliyevin zəngin dövlətçiliktəcrübəsi, uzaqgörən siyasəti və siyasi müdrikliyi partiyanın ideoloji əsaslarınınformalaşmasında mühüm rol oynadı. Bu siyasi təşkilat zaman keçdikcə ölkəninictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.
Bu gün 21 noyabr tarixinə nəzər salarkən Yeni Azərbaycan Partiyasınınyaranmasının müasir tariximizdəki əhəmiyyətini bir daha dərk edirik. Təsiskonfransında əsası qoyulan siyasi yol Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və milli inkişaf strategiyasının həyatakeçirilməsi baxımından mühüm tarixi məna daşıyır. Bu əlamətdar tarix partiyanınçoxsaylı üzvləri və tərəfdarları üçün qürur, sədaqət və məsuliyyət rəmzidir.
Rəşad Məmmədov,
YAP Xəzər rayon təşkilatının fəalı



