Ağdamın xalçaçılıq məktəbi: Milli naxışların yenidən doğuluşu

Qarabağ xalçaçılıq məktəbinin ayrılmaz qolu olan Ağdam xalçaları öz parlaq rəngləri, zəngin kompozisiyası və toxunma keyfiyyəti ilə dünya sənət tarixində xüsusi yer tutur. İşğal illərində evlərdən və muzeylərdən talan edilən bu nadir sənət nümunələri xalqımızın mənəvi irsinin ayrılmaz parçasıdır. Şəhərin azad edilməsindən sonra bu qədim el sənətinin öz yurdunda yenidən yaşadılması üçün əlverişli şərait yaranıb.
Ağdamda xalçaçılıq emalatxanalarının və tədris kurslarının təşkili qadınların məşğulluğunun artırılmasına və ənənəvi naxışların unudulmamasına xidmət edir. Təcrübəli xalçaçıların öz biliklərini gənc qızlara öyrətməsi bu sənətin nəsillər arasında davamlılığını təmin edir.
Milli xalçaçılıq sənətinin dirçəlişi Ağdamın mədəni kimliyini gücləndirir və yerli istehsalın inkişafına töhfə verir. Toxunan hər bir xalça doğma yurda qayıdışın və yaradıcı ruhun canlı ifadəsidir.
Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı



