
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev Ümummilli Liderin müasir Azərbaycanın simasını müəyyənləşdirən dahi şəxsiyyət olduğunu qeyd edib. O vurğulayıb ki, Ulu Öndərin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində Azərbaycan dövlətçiliyi sarsılmaz təməllər üzərində bərqərar olub, ölkəmiz uzunmüddətli sabitlik və inkişaf mərhələsinə qədəm qoyub. G.Alıkişiyev həmçinin bildirib ki, son 23 ildə Prezident İlham Əliyev bu siyasi kursu ən yüksək səviyyədə davam etdirərək Azərbaycanı Heydər Əliyevin arzuladığı qüdrətli və qalib dövlətə çevirib.
Sonra Xoruzlu ərazi partiya təşkilatının sədri Elşən Səfərov çıxışında Ulu Öndərin bütün ömrünü xalqın rifahına və dövlətin güclənməsinə həsr etdiyini bildirib. O, Heydər Əliyevin milli maraqları hər şeydən uca tutaraq müstəqilliyimizin qorunması və demokratik dəyərlərin inkişafı yolunda göstərdiyi fədakarlıqları xüsusi qeyd edib.
Daha sonra çıxış edən 44 günlük Vətən Müharibəsi Şəhidi Mənsimli İntiqamın atası Rövşən Məmmədov, partiya veteranları və fəalları Fazil Əbdüləzimov, Fədail Musayev, Elçin Qasımov, Elnurə Əsgərxanova, Zakir Bayramov, Hüseyn Məmmədov və Yaşar Hüseynov Ümummilli Liderin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, bu gün inamla gələcəyə addımlayan müstəqil Azərbaycan dahi rəhbərin ölməz ideyalarının və həyat amalının parlaq təntənəsidir.















