
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirdiyi “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində rayon təşkilatının gəncləri və könüllüləri Bibiheybət məscidində olublar.
Aktualinfo Media Qrup xəbər verir ki, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev onlara məlumat verilib ki, məscid Şirvanşahlar dövlətinin 28-ci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid 1918-ci ildə soyqırımı zamanı dağıntılara məruz qalıb, bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı isə 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılıb.
Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər.
Məscid Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında yenidən qurulub.




